SON DƏQİQƏ

Yay gəldi- Kondisionerin zərərləri nədir?

Tarix:

14-06-2021, 13:20

/ 3 861 dəfə oxundu.
Yay gəldi- Kondisionerin zərərləri nədir?

Kondisionerlər yalnız qapalı mühitdə işləyəndə təhlükəli olurlar.

Bu sözləri açıqlamasında professor Adil Qeybulla kondisionerlərin koronavirusu yayması haqqda danışarkən deyib.

O bildirib ki, kondisionerlərin işlədiyi zaman otaqda koronavirus xəstəsi varsa, havanın dövr etməsi nəticəsində virus yayıla və digər insanlar da yoluxa bilər:

"Otaqda koronavirus xəstəsi yoxdursa, kondisionerlərin kənardan insanları yoluxdurması real görünmür. Kondisionerlər sadəcə legionella xəstəliyini, yəni ağciyər iltihabını yaradır və buna kondisoner pnevmaniyası deyilir. Buna görə də kondisionerlərin hava yolları hər il istifadədən qabaq təmizlənməlidir. Təssüflər olsun ki, heç kim bunu etmir”.

скачать dle 12.1

Şərhlər