SON DƏQİQƏ
» » COVID pasportu üçün yaranan növbələr yoluxmanı artıra bilərmi?

COVID pasportu üçün yaranan növbələr yoluxmanı artıra bilərmi?

Tarix:

29-05-2021, 18:02

/ 3 810 dəfə oxundu.
COVID pasportu üçün yaranan növbələr yoluxmanı artıra bilərmi?

Adil Qeybulla: "Biz hələ qarşıda hansı sürprizlərlə qarşılaşacağımızı bilmirik, ona görə də hər zaman ehtiyatlı olmalıyıq”

GunAz.az bildirir ki, İki gün sonra sonra ölkədə karantin qaydalarında növbəti yumşaldılmalar olacaq. Belə ki, 31 may səhər saat 6-dan etibarən açıq havada tibbi maska taxmaq tələbi ləğv olunur, "Bakı Metropoliteni” QSC-nin fəaliyyəti, həmçinin ölkədaxili yerüstü və hava nəqliyyatı ilə sərnişindaşıma bərpa ediləcək.

10 iyundan isə məlum tələblər çərçivəsində məscid və ibadət yerlərinin, iri tucarət mərkəzlərinin, çimərliklər və onların ərazisində yerləşən hovuzlar, su attraksionları, idman oyunu yerlərinin fəaliyyətinə icazə veriləcək. Lakin idman və sağlamlıq-bərpa obyektlərinə maskasız getmək mümkün olsa da, Covid pasportu tələb olunacaq.

 

İyulun 1-dən isə bəzi iş və xidmət sahələrinin işçilərinin ən azı 80 faizinin Covid pasportuna və ya sertifikata malik olması istəniləcək.

"İşçilərinin 80 faizinin belə sertifikatı olmasa, həmin obyektlər bağlana bilər”,- deyə Prezidentin köməkçisi Şahmar Mövsümov bildirib.

Bu sənəd ilkin mərhələdə idman və sağlamlıq bərpa mərkəzlərində tələb olunacaq, sonralar isə kinoteatrlarda, konsertlərdə, toylarda da bu üsuldan istifadə ediləcək.

COVID pasportu nədir? Bu, vaksinləşmə prosesi zamanı iki peyvənd dozasını alan şəxslərə verilən vaksinasiya və koronavirusa yoluxub, sağalmış şəxslərə verilən immunitet sertifikatıdır.

Beləliklə də, əksəriyyət qarşıdakı günlərdə qeyd olunan obyektlərin xidmətindən istifadə etmək üçün təcili vaksinasiyadan keçib, COVID pasportu almağa tələsir. Bu isə klinikaların önündə növbələr yaradır. Bəs bunun özü yeni yoluxmalara, xəstəliyin daha geniş arealda yayılmasına səbəb ola bilərmi? Növbələrin yaranmaması üçün nə etməli?

Tibb elmləri doktoru, professor Adil Qeybulla mövzu ilə bağlı Musavat.com-a danışıb. Professor qeyd edib ki, pasport almaq üçün deyil, ümumiyyətlə istənilən növbə zamanı müəyyən karantin davranışlarını gözləmək lazımdır:

"Doğrudur, qarşıdakı günlərdə artıq açıq havada tibbi maska taxmaq tələbi aradan qaldırılır. Buna baxmayaraq insanlar çalışmalıdırlar ki, təmaslar maksimum dərəcədə məhdudlaşdırılsın. Çünki pandemiya bitməyib, yenə də yoluxmalar var. Ona görə də istənilən məsələ üçün klinikanın, mağazanın ticarət obyektinin qarşısında növbələr yaranarsa, həmin obyektin sahibləri bu işə nəzarət etməli, növbələrdə insanların məsafə gözləməsini təmin etməlidirlər.

Vətəndaşların özləri də bu məsələyə ciddi yanaşmalıdırlar. Əlbəttə ki, təmaslar nə qədər çox olarsa yoluxma potensialı bir o qədər daha çox artır.

Biz hələ qarşıda hansı sürprizlərlə qarşılaşacağımızı bilmirik. Ona görə də hər zaman ehtiyatlı olmalıyıq”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ