SON DƏQİQƏ
» » Vitaminlərlə zəngin naringinin sağlamlığa FAYDALARI

Vitaminlərlə zəngin naringinin sağlamlığa FAYDALARI

Tarix:

6-11-2017, 19:55

/ 1 364 dəfə oxundu.
Vitaminlərlə zəngin naringinin sağlamlığa FAYDALARI

Payız aylarında yetişən və günəşi xatırladan narıncı meyvələr yemək insan sağlamlığı üçün olduqca faydalıdır.

Gunaz.az bol vitaminlərlə zəngin olan naringinin müsbət təsirləri haqda məlumatı oxucularına təqdim edir.

Xərçəng qarşı faydası: Aparılan bir çox elmi araşdırma nəticəsində məlum olmuşdur ki, naringi tərkibindəki C vitamini sayəsində qaraciyər xərçənginə tutulma riskini ciddi sürətdə azaldır. Xərçəngdən qorunmaq üçün naringi istehlakı təklif edilir.

C vitamini kimi faydası: C vitamini baxımından çox zəngin olması ilə naringi, immuniteti gücləndirir və bədən müqavimətinin də artmasını təmin edir. Beləliklə, soyuqdəymə başda olmaqla bir çox xəstəliyə qarşı qoruyucu təsir göstərir.

Xolesterin üçün faydası: pis xolesterinin yüksəlməsini əngəlləyən naringi, eyni zamanda ürək sağlamlığını qorumaqda və damar xəstəliklərinə qarşı da qoruyucu təsir göstərir.

Qan təzyiqi üçün faydası: Xüsusilə aşağı qan təzyiqi problemi olanlar üçün çox faydalıdır. Qan təzyiqini tarazlaşdırmaq üçün naringi yemək əla seçimdir.

Arıqlama baxımından faydası: Naringi yüksək lif miqdarı sayəsində həm uzun müddət tox qalmağı təmin edir, həm də həzm sistemini hərəkətə gətirdiyi üçün zərərli maddələrin ifrazat yolu ilə atılmasına yardımçı olur.

Dəri sağlamlığı üçün faydası: C vitamini ehtiva etməsi sayəsində dəri üçün də çox faydalıdır. Dərini günəşdən qorumaq üçün naringi çox təsirlidir.

Saç sağlamlığı üçün faydası: Saç tökülməsinin azalmasına və saç dərisinin güclənməsinə yardımçı olur.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ