SON DƏQİQƏ

Xalq Sağlamlığı TƏHLÜKƏDƏ!

Tarix:

27-10-2025, 11:32

/ 2 891 dəfə oxundu.
Xalq Sağlamlığı TƏHLÜKƏDƏ!

Niyə ürək-damar xəstəlikləri və xroniki xəstəliklər sürətlə artır?
Cavab sadə deyil – amma bir çox amillər gündəlik qida seçimlərimizdə və bazarda mövcud saxta məhsullarda gizlənir.
Saxta dərmanlar düzgün dozaya və keyfiyyətə malik olmadığından xəstəlikləri ağırlaşdırır və həyat təhlükəsini artırır.
Geni dəyişdirilmiş məhsullar və sürətlə böyüyən yemlərlə bəslənmiş heyvanlardan əldə edilən qidalar uzunmüddətli sağlamlıq riskləri yaradır.
Market məhsulları: aylarla saxlanmış şirniyyatlar, saxta kərə yağları, südə qatılan su, zəhərli qatqılar – bunlar ürək-damar xəstəlikləri, xərçəng və digər xroniki xəstəliklərin sürətlə artmasının səbəblərindəndir.
İçkilər və qida qatqıları toksik təsir göstərir, immun sistemini zəiflədir və sağlamlığa ciddi ziyan vurur.
Saxta dərmanlar və təhlükəli qidalar qadağan edilməli, bazara ciddi nəzarət aparılmalıdır.
Market və istehsalatda təhlükəli qatqılar aşkarlanmalı və aradan qaldırılmalıdır.
Sağlam qida seçimləri, ixtisaslı kadrlarla kənd təsərrüfatının inkişafı və sosial dəstək proqramları sağlam həyatın təminatıdır.
Sağlamlıq iqtisadi mənfəətdən üstündür!
Rauf İLYASOGLUскачать dle 12.1

Şərhlər