SON DƏQİQƏ
» » 18:00-dan sonra xəstə əməliyyatı həkimlərə qadağan edilsin!

18:00-dan sonra xəstə əməliyyatı həkimlərə qadağan edilsin!

Tarix:

27-05-2025, 14:28

/ 3 568 dəfə oxundu.
18:00-dan sonra xəstə əməliyyatı həkimlərə qadağan edilsin!

Özəl tibb müəssisələrində bir çox həkimlər 18:00-a qədər xəstə qəbul edir, ondan sonra isə əməliyyat icra edirlər.
GunAz.az Teleqraf-a istinadla xəbər verir ki, bunu Milli Məclisin deputatı Qüdrət Həsənquliyev parlamentin səhiyyə komitəsində müzakirəyə çıxarılan Əmək Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Özəl tibb fəaliyyəti haqqında” və “Dərman vasitələri haqqında” qanunlara təklif edilən dəyişiklik layihəsinin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, insan 8 saatdan çox işləyəndə yorulur və səhv etmək imkanı çoxalır:
"İş vaxtından sonra əməliyyat vacibdirsə icra edilməlidir. Çünki həkimlər bütün əməliyyatları demək olar ki, sözügedən vaxtdan sonraya salırlar. Bu, qadağan olunmalıdır".
скачать dle 12.1

Şərhlər