SON DƏQİQƏ

Qızardılmış yeməklər zərərlidirmi?

Tarix:

12-05-2025, 21:12

/ 3 218 dəfə oxundu.
Qızardılmış yeməklər zərərlidirmi?

Qızardılmış qidaları tamamilə gündəlik rasionunuzdan çıxarmaya bilərsiniz. Ancaq nəzərdə saxlamaq lazımdır ki, qızartmalarda trans yağlar, kanserogenlər və əlavə kalorilər var. Odur ki, onun tezliyini azaltmaq ürək-damar sağlamlığınızı qorumağa, xolesterini tarazlaşdırmağa və çəkini nəzarət altında saxlamağa kömək edəcək. Qızartmasız olmaz deyənlər üçün sağlam məsləhətlər:
* Eyni yağı təkrar isitməyin-hər isinmədə yağın tərkibi pozulur,
* Məhz qızartma üçün olan yağları seçin,
* Vitamin dəyərini saxlamaq üçün tərəvəzləri buxarda bişirin,
* Sobada bişirməyə üstünlük verin: daha az yağ, amma yenə də çox ləzzətli!
скачать dle 12.1

Şərhlər