SON DƏQİQƏ

Bu şampunlar saçınıza ciddi zərər verə bilər

Tarix:

31-03-2025, 21:01

/ 3 641 dəfə oxundu.
Bu şampunlar saçınıza ciddi zərər verə bilər

Marketlərdə ən çox satılan məhsullardan biri də şampunlardır. Alış-veriş edərkən fərqli saçlar üçün olan və müxtəlif firmalar tərəfindən istehsal olunan şampunlara rast gəlirik. Bəs görəsən, saç şampunları alarkən əsas nələrə diqqət etməliyik?
Mövzu ilə bağlı danışan Dermatoveneroloq Tünzalə Feyziyeva bildirir ki, şampun alarkən əsasən tərkibinə fikir vermək lazımdır:
“Hal-hazırda şampunların tərkibində SLS (Sodium lauryl sulfate) kimi kimyəvi tərkibli maddələr olur. Bunlar güclü köpükləndirici maddələrdir. Uzun müddət istifadə etdikdə baş dərisində qıcıqlanmaya səbəb ola bilir. Növbəti tərkiblərdən biri də parabenlərdir. Uzun müddət parabenli şampunlardan istifadə etdikdə dəridə həssaslığa yol açır və hormonal balansı pozur. Bəzən isə belə şampunların istifadəsi saçlarda quruluq, zəiflik, saç köklərinin qırılması kimi hallara gətirib çıxarır. Bu da şampunların tərkibində olan müxtəlif konservantlardan, silikonlardan, parabenlərdən daimi istifadə nəticəsində yaranır. Saçların dibində olan təbii yağlar quruyur, kəpəklənməyə və qaşınmaya səbəb olur. Məsələn, silikonlu şampunlar saçları keçici olaraq parlaq göstərsə də, bir müddət sonra saç dərisində problemlər yaranmağa başlayır.“
Həkim vurğulayır ki, saç şampunlarının tərkibində sərt deterjanlar mövcuddur:
“Şampunların tərkibində əlavə ətirləndirici maddələr var ki, onlar saç köklərini zəiflədir. Bu da saçların tökülməsinə və qırılmasına səbəb olur. Məsləhət görərdim ki, sulfatsız, parabensiz və silikonsuz şampunlara üstünlük verilsin. Saç qulluğunda əsasən təbii yağlardan, Hindistan qozu, kokos, arqan və zeytun yağlarından istifadə olunsun. Bundan əlavə aloe-vera, çobanyastığı, kimi bitki tərkibli şampunlar saç dərisini sakitləşdirir və nəmləndirməyə xidmət edir”.
скачать dle 12.1

Şərhlər