SON DƏQİQƏ

Siqaretin orqanizmə zərərləri hansılardır?

Tarix:

19-10-2024, 22:00

/ 3 165 dəfə oxundu.
Siqaretin orqanizmə zərərləri hansılardır?

İnsan orqanizmini məhv edən siqaretin mədəyə çox böyük zərərləri var.
Tütün mədə şirəsinin turşuluğunu artırır. Bu da qastrit, mədə və on iki barmaq bağırsaq xorası riskini yüksəldir. Acqarına və ya yeməkdən dərhal sonra siqaret çəkmək xüsusilə zərərlidir.
Tütün tüstüsü mədə-bağırsaq spazmına, bağırsaq problemlərinə, (qəbzlik və ya ishal), səhər ürəkbukanmasına, həmçinin mədə yanmasına və şişkinliyə səbəb ola bilər.
Bağırsaqda qidanın normal hərəkəti də pozulur. Bu da aclıq və ya toxluq hissinə təsir edir, kolit və digər xəstəliklərin inkişafına səbəb olur. Uzun müddət siqaret çəkən insanın mədə-bağırsağında zərərli mikroflora artır, bu da qaraciyəri hədsiz yükləyir. Bu isə orqanizmdə filtr funksiyasını yerinə yetirən qaraciyərin iltihabı ilə nəticələnə bilər.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ