SON DƏQİQƏ
» » İcbari tibbi sığorta bu əməliyyatı da qarşılayır

İcbari tibbi sığorta bu əməliyyatı da qarşılayır

Tarix:

9-07-2024, 15:24

/ 3 370 dəfə oxundu.
İcbari tibbi sığorta bu əməliyyatı da qarşılayır

Orta qulağın kəskin iltihabı (kəskin orta otit) əsasən uşaqlarda tez-tez rast gəlinən xəstəliklərdən biridir.
GunAz.az xəbər verir ki, orta qulağa infeksiyanın keçməsi nəticəsində iltihabi prosesin uzun müddət davam etməsi təbil boşluğunda irinli mayenin toplanmasına səbəb olur. Xəstəliyin müalicəsi məqsədi ilə ilkin olaraq həkim tərəfindən medikamentoz müalicə təyin olunur. İltihab və infeksiyanın bir neçə ay ərzində təkrar olunması fonunda şiddədli və ya davamlı qulaq ağrısı, eşitmə zəifliyi, mayenin təsiri altında təbil pərdəsinin şişməsi zamanı mirinqotomiya və ya timpanostomiya əməliyyatlarına ehtiyac yaranır.
Mirinqotomiya eşitmə borusunun keçiriciliyini bərpa etmək məqsədi ilə aparılan cərrahi müdaxilədir. Mirinqotomiya zamanı təbil pərdəsində kəsik açılır və orada yığılan irinli maye xaric edilir. Prosedurdan sonra pasiyent özünü daha yaxşı hiss etməyə başlayır. Bir müddət tıxanıqlıq hissi müşahidə edilsə də qulaqda eşitmə normallaşır. 7-10 gündən sonra təbil pərdəsində açılan kəsik, çapıq izi və ya digər mənfi fəsadlar olmadan tam sağalır.
Kəskin orta otit təkrar olunduqda və iltihablanma 3 aydan artıq davam etdikdə yığılan mayenin xaric edilməsi məqsədi ilə qulağa müvəqqəti qulaq borusu (timpanostomik boru) yerləşdirilir. Timpanostomiya adlanan bu cərrahi prosedur böyüklərdə adətən yerli keyitmə, uşaqlarda isə ümumi anesteziya altında otolarinqoloq tərəfindən icra olunur.
Qulaq boruları orta qulaqda bir neçə dəfə infeksiya keçirmiş (kəskin orta otit) uşaqlarda daha çox yerləşdirilir. Mayənin drenajı ilə yanaşı, qulaq borusu ventilyasiyanı təmin edərək orta qulaqda mayenin yığılmasının qarşısını alır.
Böyüklərdə timpanostomik boru adətən, uçuş və ya dayvinq zaman baş verən təzyiq dəyişikliyi (barotravma) nəticəsində şiddətli qulaq ağrısının müalicəsi məqsədi ilə taxılır. Müalicə olunmazsa, nitqdə çətinliklər və ya daimi eşitmə itkisi kimi daha ciddi fəsadlara gətirib çıxara bilər.
скачать dle 12.1

Şərhlər