SON DƏQİQƏ

İnanilmaz dəqiqədə dərini gözəlləşdirir

Tarix:

14-06-2024, 22:37

/ 1 832 dəfə oxundu.
İnanilmaz dəqiqədə dərini gözəlləşdirir

Tonik dərini dərindən təmizləyən vasitədir. Xüsusilə isti havalarda dəridə günəş ləkələri əmələ gələ bilər. Buna görə də dərini mütəmadi olaraq təmizləmək, tonikdən istifadə etmək lazımdır.
GunAz.az xəbər verir ki, ən faydalı, təbii toniklər alma sirkəsindən hazırlana bilər.
Yay aylarında dəniz, qum və günəş dərimizə kifayət qədər qulluq etmədikdə problemlər yarada bilir. Günəş vannası qəbul etməyi sevə bilərik, amma dərimizi qorumaq üçün lazımi tədbirləri görməsək, günəş ləkələri kimi arzuolunmaz nəticələrlə qarşılaşacağıq. Bazarda günəş ləkələrini azaldan çoxlu məhsullar olsa da, bəzən bu məhsullar gözlənilən effekti vermir. Ancaq təbii üsullarla da günəş ləkələrini yüngülləşdirmək mümkündür.
Bunun üçün demək olar ki, hamının evində olan alma sirkəsini su ilə qarışdırıb üzünüzə çəkmək kifayətdir.

Alma sirkəsi təbii möcüzələrdən biri hesab olunur. Xüsusilə dəriyə qulluqda istifadə edildikdə qısa müddətdə effekt verir.

Alma sirkəsinin sızanaq, qara nöqtə və günəş ləkələri kimi qüsurlarla mübarizədə təsirli olduğu bilinir.

Dəriyə mütəmadi olaraq gündə bir dəfə, axşamlar tətbiq etməklə alma sirkəsinin təsirlərini hiss edə bilərsiniz.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ