SON DƏQİQƏ
» » Balıq yağı xəstəliyə səbəb ola bilər - Düzgün qəbul edilməsə...

Balıq yağı xəstəliyə səbəb ola bilər - Düzgün qəbul edilməsə...

Tarix:

25-05-2024, 08:38

/ 3 207 dəfə oxundu.
Balıq yağı xəstəliyə səbəb ola bilər - Düzgün qəbul edilməsə...

Balıq yağı əlavələri sağlam insanlarda insult və ürək xəstəliyi riskini artıra bilir.
GunAz.az xəbər verir ki, beynəlxalq tədqiqatçılar orta hesabla 12 il təqib edilən 40-69 yaş arası 415 mindən çox insanın sağlamlıq məlumatlarını təhlil ediblər. Təhlillərə əsasən, məlumat bazasında qeydiyyatdan keçmiş insanların təxminən üçdə birinin müntəzəm olaraq balıq yağı əlavələri qəbul etdiyi məlum olub. 
Tədqiqatçılar balıq yağı əlavələrinin ürək xəstəliyi olan insanlar üçün faydalı olduğunu, lakin bu əlavələrin ürək sağlamlığı yaxşı olan insanlarda insult və ürək xəstəliyi riskini artırdığını bildiriblər:
“Balıq yağı əlavələrinin müntəzəm istifadəsi ürək xəstəliyi olmayan insanlarda atreal fibrilasiyanın (ürəyin qulaqcıqlarının səbəb olduğu aritmiya) inkişaf riskinin 13 faiz, insult riskinin isə 5 faiz artması ilə nəticələnə bilir. Ürək xəstəliyi olan insanlarda isə müntəzəm balıq yağı əlavəsi atreal fibrilasiyanın infarkt keçirmə riskini yüzdə 15, ürək çatışmazlığından ölmə riskinin isə yüzdə 9 azaldır.”
Qeyd edək ki, bu araşdırmanın nəticələri “BMJ Medicine” jurnalında dərc olunub.
скачать dle 12.1

Şərhlər