SON DƏQİQƏ
» » Oruc tutmaq xərçəng hüceyrələrinin qarşını alır

Oruc tutmaq xərçəng hüceyrələrinin qarşını alır

Tarix:

28-03-2024, 08:00

/ 2 676 dəfə oxundu.
Oruc tutmaq xərçəng hüceyrələrinin qarşını alır

Oruc tutmaq immun sistemini yaxşılaşdırır, orqanizmdəki toksinləri aradan qaldırır, iltihabı azaldır, xərçəng hüceyrələrinin yayılmasını ləngidir.

GunAz.az Azərtac-a istinadən türkiyəli həkim Özkan Akyolun mövzu ilə bağlı araşdırmasını təqdim edir.

O, Ramazan ayının sağlamlığa iki cəhətdən faydalı olduğunun elmi şəkildə sübuta yetirildiyini bildirib:

“Oruc tutmaq bir tərəfdən həzm sisteminə, digər tərəfdən insan psixologiyasına faydalıdır. Orqanizmdə toplanmış yağlar oruc zamanı yağ hüceyrələri vasitəsilə parçalanır. Sağlam arıqlama yığılmış yağların parçalanması yolu ilə baş verir. Ancaq imsak və iftarda az kalorili qidalanma ilə buna nail olmaq olar. Elmi araşdırmalar oruc və insulin sağlamlığı arasındakı əlaqəni ortaya qoyur. Tədqiqat sübut edib ki, oruc tutarkən hüceyrələr daha çox qlükoza qəbulu ilə bağlı siqnal göndərir. Bu da insulinin normallaşmasına müsbət təsir göstərir”.

Mütəxəssis qeyd edir ki, orucun həzm sisteminə də faydası var. Oruc tutmaq həzm sisteminin dincəlməsinə kömək edir. Müntəzəm oruc tutmaq metabolik sağlamlığa faydalıdır, həmçinin bağırsaqların normal fəaliyyətinə kömək edir. Az yemək ömrü uzadır və daha uzun yaşamağa kömək edir.

“Oruc bədənimizi yeniləyir. Parkinson və Alzheimer kimi xəstəliklərə qarşı qoruyucu rol oynaya bilir. Elmi araşdırmalar göstərir ki, vəhşi heyvanlar xəstə olduqda qida qəbulunu azaldır. Oruc tutmaq da immun sistemini gücləndirməklə bir çox xəstəlikdən qorunmağa kömək edir və bəzi xəstəliklərin müalicəsini sürətləndirir. Oruc tutmaq orqanizmin ümumi təmizlənməsi üçün faydalıdır. Həzm sisteminin təmizlənməsi dolayı yolla bütün orqanizmi təmizləyir. Qaraciyər və böyrəklərdəki toksinlər təmizləndiyi üçün dəri yenilənir”, - deyə həkim əlavə edib.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ