SON DƏQİQƏ
» » Bananın daha bir möcüzəvi faydası üzə çıxdı

Bananın daha bir möcüzəvi faydası üzə çıxdı

Tarix:

15-02-2024, 08:34

/ 4 242 dəfə oxundu.
Bananın daha bir möcüzəvi faydası üzə çıxdı

Banan dadlı ekzotik meyvə olmaqla yanaşı, həm də çox qiymətli qida mənbəyidir.

"News102.ru" saytına müsahibə verən qastroenteroloq Əzəmət Qabuyev bananın qeyri-adi xüsusiyyətlərini qeyd edib.
Mütəxəssisin sözlərinə görə, bananın tərkibində gündəlik kaliumun 9 faizi var. Buna görə də, meyvə ürək-damar sisteminin fəaliyyətinə müsbət təsir göstərir, qan təzyiqini normallaşdırmağa kömək edir və bədəni bütün gün enerji ilə təmin edir.
Eyni zamanda, qastroenteroloq məhsulu acqarına yeməməyi tövsiyə edir. Çünki bu, ürəyin və damarların yükünü artıra bilər. Bu baxımdan, Qabuev gündə bir banan və onu yalnız desert kimi yeməyi məsləhət görür.
“Şəkərli diabet xəstələri yüksək karbohidrat tərkibinə görə banan yeyərkən diqqətli olmalıdırlar. Onu qreypfrut və ya alma ilə əvəz etmək olar, onlar da əla lif, C vitamini və kalium mənbəyidir”, - həkim yekunda qeyd edib
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ