SON DƏQİQƏ

Diqqətli olun, bu, infakrt əmaləti ola bilər

Tarix:

21-11-2023, 14:50

/ 1 653 dəfə oxundu.
Diqqətli olun, bu, infakrt əmaləti ola bilər

Şiddətli yorğunluq kimi məsum bir simptom əslində infarkt əlaməti ola bilər.

Bu barədə "Pronews" portalı Harvard Tibb Məktəbinin mütəxəssislərinə istinadən məlumat yayıb. Alimlər izah ediblər ki, belə izah olunmayan yorğunluq ürəyin işemik xəstəliyinin əlaməti ola bilər.
İnfarkt nə qədər yaxın olsa, insan bir o qədər çox simptom hiss edəcək. Yorğunluqdan sonra sinədə yanma, ağırlıq və ya sıxılma hissi ola bilər. Həkimlər vurğulayıblar ki, bəzi xəstələr qollarda, çiyinlərdə, hətta çənədə, xüsusən də solda narahatlıq hiss edirlər. Bəziləri isə xəstəxanaya getməzdən və infarktdan bir qədər əvvəl qarın nahiyəsində narahatlıq hiss etdiklərini xatırlayırlar.
Bildiyiniz kimi, yüksək təzyiq insult və miokard infarktına səbəb ola bilər. Mütəxəssislər bildiriblər ki, düzgün qidalanma və yemək vərdişləri normal şəraitin saxlanmasına kömək edəcək. Hipotenziv xəstələrə özlərini yaxşı hiss etmək üçün bir fincan qəhvə içmək məsləhət görülürsə, hipertoniya xəstələrinə isə bu içkidən imtina etmək tövsiyə olunur.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ