SON DƏQİQƏ

Kişilər üçün ən zərərli qidalar nədir?

Tarix:

2-11-2023, 08:00

/ 2 363 dəfə oxundu.
Kişilər üçün ən zərərli qidalar nədir?

Ateroskleroz – damar tutulması ürək üçün təhlükəli faktordur. Daha çox kişilər risk altındadır.

Kardioloq Yuliya Marşinçeva damarları tıxayan xolesterin tıxaclarını yaradan səbəbləri açıqlayıb.

“Hər şey qanda yağ birləşmələri, xolesterinin artması ilə başlayır. Bu yağ arteriyaların iç divarında yığılaraq, zamanla artır və normal qan dövranını pozur. Bu zaman ürəyə gedən koronar damarlar daha çox zədələnir. Ateroskleroz işemiya yaradır, yəni ürək kifayət qədər qidalanmır. Kişilərdə aterosklerozun səbəbi daha çox siqaret çəkmək, qızartma yeməkləri həddən artıq yeməkdir.

Ona görə kişilərdə damar problemləri 30 yaşdan başlayır.

Kişilər 30 yaşından artıq qanda xolesterini yoxlatmalı, lipid sıxlığını nəzarətdə saxlamalıdır”, - kardioloq qeyd edib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ