SON DƏQİQƏ
» » Saçlar tökülməsin deyə həftədə neçə dəfə yuyulmalıdır?

Saçlar tökülməsin deyə həftədə neçə dəfə yuyulmalıdır?

Tarix:

25-10-2023, 16:17

/ 2 576 dəfə oxundu.
Saçlar tökülməsin deyə həftədə neçə dəfə yuyulmalıdır?

Saçınızı çox tez-tez yusanız, saçınızdakı faydalı mikroelementləri yuya bilərsiniz, bu da zədələnməyə və quruluğa səbəb olacaq.

GunAz.az xəbər verir ki, bu barədə riamo.ru-ya dermatoloq, tibb elmləri namizədi, trixoloq Yekaterina Anpiloqova məlumat verib.

"Saçınızı hər gün yumamalısınız - bu, baş dərisini sağlam saxlayan təbii yağları və zülalları məhv edir. Saçınızı həftədə üç dəfədən çox olmayaraq yumaq, lazım gələrsə, quru şampundan istifadə etmək tövsiyə olunur", - o, izah edib.

Həkim həmçinin saç qurudan fenlərdən, maşa və ya düzşləşdirici cihazlardan çox istifadə etməməyi, xüsusilə saçınıza qoruyucu vasitə tətbiq etməyi tövsiyə edib.

"Zədələnmiş saçları dərin kondisioner xilas etməyə kömək edə bilər. Bunun üçün saçınıza qidalandırıcı kondisioner sürtməli, başınızı plastik papaq ilə örtməli və məhsulun daha yaxşı mənimsənilməsi üçün saç quruducu ilə qurutmalısınız", - trixoloq qeyd edib.

Eyni zamanda həkim xatırladıb ki, saç köklərinə maska və kondisioner sürtmək olmaz, əks halda onlar tez yağlanacaq. Və təbii ki, saçınızı yuduqdan dərhal sonra daramamalısınız. Anpiloqova vurğulayıb ki, dolaşıq saçları quruduqdan sonra aşağıdan yuxarıya doğru diqqətlə daramaq lazımdır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ