SON DƏQİQƏ

İstirahətsiz işləyənlərə XƏBƏRDARLIQ

Tarix:

17-10-2023, 08:00

/ 1 192 dəfə oxundu.
İstirahətsiz işləyənlərə XƏBƏRDARLIQ

Tromboza aparan ən sürətli və qısa yol istirahətsiz, gərgin və xüsusən oturaq peşədə işləməkdir.

Kardioloq Anna Koreneviç qəfil ölümün səbəbi olan trombun yaranma səbəbindən danışıb.

“Biz o hallarla rastlaşırıq ki, insan qəfil ölür, çünki onda tromb qopub. Trombun yaranma səbəbi qanın qatılaşmasıdır. Qatı qan damarların divarlarına təzyiqi artıraraq hərəkət edir. Bu zaman varikoz, tromboflebit, stenokardiya və infarkt yaranır.

Tromboz əmələ gəlməməsi üçün qanı durulaşdırmaq lazımdır.

O insanlar qan qatılaşmasına meyillidir ki, onlar az hərəkət edir, pis qidalanır, oturaq işdə olur, stressdədir. Müasir insanların stressi isə həyat və işdə rutin problemlərdən olur. Ona görə arada istirahət və fasilə vermək lazımdır.

Gərgin iş rejimi tromboza kəsə yoldur. İstirahəti təxirə salanlar özünü riskə atır. Əgər siz son 1 ildir istirahətsiz çalışırsınızsa, fasilə vermək vaxtıdır”, - Koreneviç qeyd edib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ