Yay mövsümü ilə əlaqədar olaraq çimərliklərin fəaliyyəti artıb. Qızmar istilikdən can qurtarmaq istəyənlər Xəzər dənizi sahillərinə üz tuturlar. Dəniz qumu insan orqanizmi üçün bir sıra faydalari ilə məşhurdur. Lakin dəniz qumunun müsbət tərəfləri ilə yanaşı mənfi xüsusiyyətləri də mövcuddur.
Dəniz qumunun faydaları və ziyanları barədə məlumatı çatdırırıq.
Müsbət tərəfləri.
-Bir çoxlarımız dənizdə qum üzərində gəzərkən psammoterapiya - qumla müalicə növü ilə məşğul olduğumuzu bilmirik.
-İsinmiş qum orqanizmin hüceyrələrinə istini ötürərək, orqanlarımızı içəridən isidir. Bu isə bir çox xroniki iltihab reaksiyalarının müalicəsində kömək edir.
-Həmçinin dəniz qumu yüksək tərləmə səviyyəsini müalicə edə bilir. Bunun üçün yalnız qumun üzərinə uzanmalısınız ki, o, çox miqdarda ifraz olunan təri özünə çəkə bilsin.
Mənfi tərəfləri.
-Parazitlər. İctimai çimərliyin qumunda sizə rast gələ biləcək təhlükələrdən biri də helmintlər və leptopsirozdur. Məhz bu səbədən ictimai çimərlikdə qaralmaq üçün çalışıb öz xalçanızdan və ya şezlonqdan istifadə edin.
-Qadın iltihabı. Qum intim zonaya düşdükdə kolpit, vaqinit, selpit kimi müxtəlif iltihabi prosseslər yarada bilər.
-Çimərlik göbələyi. Hamıya tanış olan bu problemi qazanmaq üçün o insanla təmasda olmaq mütləq deyil, sadəcə onun dayandığı qumda dayanmaq kifayət edir. Bundan sonra barmaqlar arası çatlar əmələ gəlir, sonra isə göbələk dırnağa doğru yönlənir.