SON DƏQİQƏ
» » Dondurulmuş qidalar bu xəstəliklərə səbəb olur - DİQQƏTLİ OLUN!

Dondurulmuş qidalar bu xəstəliklərə səbəb olur - DİQQƏTLİ OLUN!

Tarix:

19-05-2023, 17:33

/ 1 708 dəfə oxundu.
Dondurulmuş qidalar bu xəstəliklərə səbəb olur - DİQQƏTLİ OLUN!

Dondurulmuş qida alarkən bu xəbərdarlığa diqqət yetirin! Alış-verişdəki bu səhv sağlamlığı təhdid edir.

Türkiyəli diyetoloq Seda Nasuhbeyoğlu dondurulmuş qida istehlakı ilə bağlı xəbərdarlıq edib. Dondurulmuş qidaların əridilməsi zamanı düzgün proses tətbiq edilmədikdə fiziki, kimyəvi və mikrobioloji cəhətdən mənfi nəticələr baş verə bilər.

"Mağazalardan hazır dondurulmuş qidalar alarkən, soyuducunun temperaturunun istənilən səviyyədə olub-olmaması yoxlanılmalıdır. Alınan məhsul dondurulubsa, dərhal yeyilməməlidir; Əgər buz əriyibsə, bir daha dondurulmamalıdır”,-deyə həkim bildirib.

Diyetoloq qeyd edib ki, mütləq son istifadə müddətinin olub-olmadığını yoxlamaq lazımdır. Müddəti keçməyib və yaxşı qablaşdırılıbsa, uyğun hesab edilir. İstehlak üçün alınacaq bütün qidalar təzə və təmiz olmalıdır. Ona görə də etibarlı markalara və satıcılara üstünlük verilməlidir. Hazır qablaşdırılaraq alınan bütün məhsullarda satış icazəsi möhürü olmalıdır.

Onun sözlərinə görə, dondurulmuş qidaların əridilməsi zamanı düzgün proses tətbiq edilmədikdə fiziki, kimyəvi və mikrobioloji neqativ hallar yarana bilər. Dərin dondurucuda dondurulmuş qidalarda mikroorqanizmlərin böyüməsi dayanır, əridikdən sonra da çoxalma sürətlə başlayır. Ona görə də ərimə çox vacibdir. Dondurulmuş qidalar yalnız bir dəfə əridilməklə istehlak edilməlidir. Əks halda, qida zəhərlənməsinə səbəb ola bilər. Ərimə otaq temperaturunda, suda, qızdırıcının üstündə və ya altında, zəif hərarətdə və ya günəşli yerlərdə edilməməlidir. Əritmə prosesi soyuducunun daxili rəflərində saxlanılaraq və ya mikrodalğalı sobanın ərimə proqramında edilməlidir.

Mütəxəssis qidaların dondurulması zamanı da diqqət ediləcək məqamlara toxunub:

"Dondurulmuş qidaların saxlama müddəti qidaların qorunma dərəcəsinə görə dəyişir. 6 dərəcəyə qədər olan qidalar dondurucuda orta hesabla 1 həftə, 12 dərəcəyə qədər dondurula bilən qidalar isə təxminən 1 ay müddətinə saxlanıla bilər. 18 dərəcədə dondurulan qidalar isə dondurucuda 3 aya qədər saxlanıla bilər. Dondurulacaq qidalar, yeməklər ilk növbədə təmiz yuyulmuş, çeşidlənmiş, bir porsiyalıq formada olmalıdır.

Dondurulmuş qidaların diqqətsiz istehlakı şəkərli diabet (diabet), qan təzyiqi, xərçəng və ya ürək xəstəliklərinin inkişaf riskini artıra bilər.
скачать dle 12.1

Şərhlər