SON DƏQİQƏ
» » Şəkərli diabetin yaratdığı daha bir xəstəlik - RİSK YÜKSƏKDİR

Şəkərli diabetin yaratdığı daha bir xəstəlik - RİSK YÜKSƏKDİR

Tarix:

29-04-2023, 12:28

/ 1 587 dəfə oxundu.
Şəkərli diabetin yaratdığı daha bir xəstəlik - RİSK YÜKSƏKDİR

Yeni araşdırmaya görə, tip 2 diabet ağciyər xəstəliklərinə səbəb olur.

Surrey Universitetinin professoru İnqa Prokopenkonun rəhbərlik etdiyi tədqiqatçılar bu barədə araşdırma aparıblar.

Tədqiqatda 17 araşdırmaya qatılan təxminən 500 min iştirakçının məlumatları təhlil edilib.

Tədqiqatçılar, pis vərdişlər, o cümlədən siqaret qəbulunu, aşağı qan təzyiqi və aşağı aktivlik səviyyəsi kimi faktorlarınıp nəzərə alaraq araşdırma aparıblar. Mütəxəssislər yüksək qan şəkərinin səviyyəsinin zəif ağciyər funksiyası ilə əlaqəli olub olmadığını öyrənmək üçün Mendel randomizasiyası adlı statistik üsuldan istifadə ediblər.

Bu analizin nəticələri 2-ci tip diabetli insanlarda müşahidə olunan yüksək qan şəkərinin ağciyər funksiyasını birbaşa zədələdiyini ortaya qoyub.

"Tədqiqatımız 2-ci tip diabetli xəstələrdə yüksək qan şəkərinin birbaşa ağciyər zədələnməsinə səbəb ola biləcəyinə dair ilk tapıntıları ehtiva edir. Ümid edirik ki, bu tapıntılar səhiyyə işçilərinin məlumatlılığını artıracaq və ağciyər xəstəliklərinin erkən aşkarlanması və müalicəsi üçün yol açacaq", -deyə İnqa Prokopenko bildirib.

Qeyd edək ki, tədqiqatın nəticələri "Diabetes UK Professional Conference 2023”-də açıqlanıb.


 






 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ