"Qan şəkərini necə tarazlaşdırmaq olar?”, "Qan şəkərini azaldacaq qidalar hansılardır?” bu suallar çoxlarını xüsusən də, qan şəkəri tez-tez dəyişən, xroniki şəkərli diabet xəstələrini maraqlandırır.
Qan şəkərini balanslaşdırmağa kömək edən qidalar əsasən bunlardır:
- Darçın
- Brokoli
- Balqabaq toxumu
- Bamya
- Kətan toxumu
- Zerdeçal
- Yulaf
- Qaragilə
- Qatıq
- Dəniz məhsulları
Əhəmiyyətli bir qeyd: Bu qidaları müntəzəm olaraq istehlak etməyə başlamazdan əvvəl həkiminizlə məsləhətləşin. Çünki bütün qidalar hər bədəndə eyni təsir göstərmir.
Qan şəkərini balanslaşdıran qidalar:
Darçın
Darçın tərkibindəki faydalı maddələr sayəsində ən çox tovsiyə edilən və istehlak edilən qidadır, çünki şirniyyat yemək istəyini də azaldır. Qan şəkərini tarazlaşdırmaq üçün darçınlı su içmək faydalıdır.
Brokoli
Qan şəkərinin qəfil yüksəlməsinin qarşısını alan qidalardan biri olan brokoli, başda sulforafan adlı maddə olmaqla, bir çox faydalı vitamin və minerallarla zəngindir. Diabetə qarşı iltihabəleyhinə və antioksidant xüsusiyyətlərə malikdir. Bu təsirdən yararlanmaq üçün brokolini salat kimi yemək və ya qida dəyərini itirmədən qaynadıb buxarda bişirmək kifayətdir.
Balqabaq toxumu
Antioksidant xüsusiyyəti ilə zəngin olan balqabaq tumları da ölçülü şəkildə istehlak edildikdə qan şəkərinin ani artımının qarşısını ala bilər və orqanizmi ürək-damar xəstəliklərinə qarşı qoruya bilər. Bunun üçün gündə 1 ovucdan çox olmayan miqdarda, duzsuz, ədviyyatsız və soussuz balqabaq toxumu istehlak etmək tövsiyə olunur.
Bamya
Payız-qış aylarında faydalana biləcəyiniz brokolinin yay ekvivalenti bamyadır. Çünki bamya tərkibindəki flavonoidlər sayəsində qan şəkərini tarazlıqda saxlamağa kömək edir və diabet əleyhinə təsir göstərir. Bu təsirdən yararlanmaq üçün bamyanı öz mövsümündə nizamlı olaraq yemək böyük əhəmiyyət kəsb edir.
Kətan toxumu
Sağlam yağları və yüksək qida lifi ilə pəhriz siyahılarında axtarılan adlardan biri halına gələn kətan toxumu qan şəkərinin ani yüksəlişinin də qarşısını alır. Südə, qatığa və ya müxtəlif salat soslarına əlavə edərək yeyə biləcəyiniz kətan toxumunu normada istehlak etməlisiniz.
Qatıq
Qatıq, nəinki onu kətan toxumu ilə qarışdırsanız, həm də tək yesəniz, qan şəkərinizi balanslaşdırmağa kömək edə bilər. Probiotik qidalar arasında yer alan qatığı təbii formada yemək kifayətdir.
Zerdeçal
Faydalarını saymaqla bitməyən qidalardan biri olan zerdeçal qan şəkərini tarazlaşdırmaqda kömək edir. Zerdeçalı ya toz halında ədviyyat kimi, ya da təzə halda da istifadə edə bilərsiniz. Güclü antioksidant xüsusiyyətlər göstərən zerdeçalı qatıq, süd kimi maddələrlə qarışdıraraq istehlak edə bilərsiniz və ya yeməklərinizə, şorbalarınıza və salat soslarınıza ədviyyat olaraq əlavə edə bilərsiniz, seçim sizindir.
Yulaf
Sağlam qidalanma və pəhriz dedikdə ilk ağla gələn adlardan biri də yulafdır.Yulaf şəkər xəstələi üçün olduqca faydalıdır. Yulafı səhər yeməyinizdə və digər bütün yeməklərinizdə qəbul edə bilərsiniz, bazarda yulaf əzməsi, yulaf kəpəyi və yulaf unu kimi müxtəlif formalarda yulafları rahatlıqla tapa bilərsiniz.
Giləmeyvələr
Antioksidantlarla zəngin olduğu bilinən moruq və çiyələk kimi bənövşəyi və qırmızı rəngli meyvələri, xüsusən də böyürtkəni daha tez-tez və ölçülü şəkildə istehlak edərək qan şəkərinizin yüksəlməsinin qarşısını ala bilərsiniz. Bunun üçün sizə lazım olan tək şey porsiyalarınızı həkiminizin sizə tövsiyə edəcəyi miqdarda tənzimləməkdir.
Dəniz məhsulları
Omeqa 3 yağ turşuları ilə zəngin vitamin və minerallarla zəngin dəniz məhsulları qan şəkərini tarazlaşdırmağa kömək edən qidalar arasındadır. Bunun üçün həftəlik qidalanma planınıza həkiminizin uyğun hesab etdiyi dəniz məhsulları daxil etməyi unutmayın.