SON DƏQİQƏ
» » Məşhur həkimdən Ramazan xəbərdarlığı! - Qətiyyən olmaz

Məşhur həkimdən Ramazan xəbərdarlığı! - Qətiyyən olmaz

Tarix:

28-03-2023, 19:11

/ 1 337 dəfə oxundu.
Məşhur həkimdən Ramazan xəbərdarlığı! - Qətiyyən olmaz

Məşhur türkiyəli həkim Canan Karatay Ramazan ayında oruc tutanlara xəbərdarlıq edib. İçməli suyun əhəmiyyətinə diqqət çəkən Karatay sahur​​da edilməsi vacib olan məqamları diqqətə çatdırıb.

O bildirib ki, sahurda zülalla zəngin yumurta, pendir və qatıq yemək faydalıdır. Oruc mütləq 1 stəkan su ilə açılmalıdır. Eyni məqam sahur üçün də keçərlidir. Sahurda da yeməyə başlamazdan öncə bir stəkan su içmək lazımdır.
 
Mütəxəssisin sözlərinə görə, iftar süfrələrində hazır şorbalar istehlak edilməməlidir.

"Şorbanızı evdə hazırlayaq. Gəlin tənbəl olmayaq!",-deyə Canan KAratay qeyd edib.

Prof. Dr. Canan Karatay oruc tutarkən ən narahatedici hal olan ağız qoxusunun qarşısını almaq üçün də xüsusi resept açıqlayıb.

Mədənin uzun müddət boş qalması, ağızda mayenin azalması və hava səbəbiylə ağızda bakteriyaların çoxalması, bağırsaqlardakı qida tullantıları və bir çox başqa hallar ağız qoxusuna səbəb olur.

"Bir kasa evdə hazırlanmış qatığı içinə bir xörək qaşığı bal və 3 damcı limon suyu sıxıb qarışdırın və hamısını yeyin. Bu yolla bağırsaqlar daha yaxşı işləyəcək, bədənin maye nisbəti artacaq və böyrəklərin funksiyası pisləşməyəcək”.

Professor onu da əlavə edib ki, iftarla sahur arasında dişləri fırçalamaq və 2 litr su içmək mütləqdir.
скачать dle 12.1

Şərhlər