SON DƏQİQƏ
» » Hər gün 10 min addım at, Xərçəngə, İnfarkta meydan oxu!

Hər gün 10 min addım at, Xərçəngə, İnfarkta meydan oxu!

Tarix:

2-02-2023, 21:11

/ 2 714 dəfə oxundu.
Hər gün 10 min addım at, Xərçəngə, İnfarkta meydan oxu!


1.- Hərəkət etmək diabeti gecikdirir: Gündə nizamlı olaraq atılan 10 min addım insulin müqavimətini sındırıb, diabetin inkişaf riskini azaldır.

İnsulin müqavimətinin sındırılması nəticəsində qanda şəkərin səviyyəsi nizamlanır və xüsusilə ailəvi diabet xəstəliyi olan şəxslərdə diabetin ortaya çıxmasını ləngidir.

2.- Hərəkət etmək xərçəngə qarşı qoruyucudur: Belə ki, gündə 10 min addım atmaq eyni zamanda xərçəngə tutulma riskini də azaldır. Məsələn bağırsaq hərəkətlərinin sürətlənməsi sayəsində bağırsaq xərçəngi riski azalarkən, arıqlama sayəsində də bir çox xərçəng növünün və infraktın  qarşısı alınır.

3.- Hərəkət etmək infarkta, depressiyaya qarşı təsirlidir​: Gündə 10 min addımla beyindən ifraz olunan endorfin və seratonin kimi maddələr stresi azaldır. Depressiyada istifadə edilən dərmanların əksəriyyəti beyindəki bu maddələrin səviyyəsini artıraraq təsir göstərir.

Dərman istifadə etmədən gündə atılan 10 min addımla siz  depressiya əlamətlərini azalda və diqqəti cəmləmə qabiliyyətini də artıra bilərsiniz.

4. Hərəkət etmək  Alzheimer xəstəliyinin riskini azaldır: Aparılan araşdırmalara görə, gündəlik nizamlı addım atan kəslərdə iflic riskində də azalma olur. Bunların yanında beyin sağlamlığının güclənməsinə bağlı olaraq erkən ağlını itirmə və Alzheimer kimi xəstəliklərin inkişaf riski də azalır.

5. Hərəkət etmək osteoporozdan qoruyur: Gündəlik olaraq atılan 10 min addım əzələ ilə oynaqların güclənməsini təmin edir. Eyni şəkildə sümük quruluşunu da gücləndirib sümüklərdə qalınlaşmanı təmin edir. Bu sayədə  osteoporozun qarşısının alınmasında faydalı olur.

 Hər gün 10 min addım at, Xərçəngə, İnfarkta meydan oxu!Zeynəb  GƏNCƏLİ

          

            

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ