SON DƏQİQƏ
» » Beyin hüceyrələrini qorumaq istəyirsinizsə, BUNLARI YEYİN

Beyin hüceyrələrini qorumaq istəyirsinizsə, BUNLARI YEYİN

Tarix:

19-01-2023, 22:05

/ 2 998 dəfə oxundu.
Beyin hüceyrələrini qorumaq istəyirsinizsə, BUNLARI YEYİN

Yaşlı insanlarda beyin hüceyrələrinin məhv olunması və zədələnməsi nəticəsində demensiya kimi ağır pozulma inkişaf edə bilər.
Demensiyadan əziyyət çəkən insanlarda koqnitiv funksiyalar sürətlə zəifləyir, psixiki sağlamlıq pozulur, ağıl zəifliyi inkişaf edir. Ağır demensiya zamanı insan özünə qulluq edə bilmir, yaxınlarını tanımır, heç bir emosiyanı ifadə etmir.   
Saglamolun.az bildirir ki, Journal of Alzheimer's Disease jurnalında demensiyanın inkişafı riskini azaldan qida və içkilərin adları sadalanıb.
Mütəxəssislər araşdırma zamanı aşkar ediblər ki, qidalanmada balıq, meyvə-tərəvəz, tamdənli bitkilər, çərəzlərin müntəzəm olaraq yer alması demensiya riskini xeyli azaldır.
Həmçinin qəhvə və çayın gün ərzində istehlakı koqnitiv funksiyalara çox müsbət təsir edir, beyin hüceyrələrini qoruyur.  
Bundan əlavə ekspertlər qeyd edirlər ki, fiziki aktivlik beyin hüceyrələri arasında əlaqələri gücləndirir və beyinin sağlamlığına müsbət təsir edir.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ