SON DƏQİQƏ
» » Şəhidin öğlu şəhid Fərman Yaqublu Beyləqanda dəfn olunacaq

Şəhidin öğlu şəhid Fərman Yaqublu Beyləqanda dəfn olunacaq

Tarix:

24-07-2021, 08:00

/ 4 151 dəfə oxundu.
Şəhidin öğlu şəhid Fərman Yaqublu Beyləqanda dəfn olunacaq

Dünən Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonu ərazisindəki mövqelərindən Azərbaycan Ordusunun Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsindəki mövqelərini atəşə tutması nəticəsində şəhid olan hərbi qulluqçumuz, gizir Yaqublu Fərman Telman oğlu Beyləqanda dəfn olunacaq.

GunAz.az xəbər verir ki, F.Yaqublu 1993-cü ildə Beyləqan rayonunun Qəhrəmanlı qəsəbəsində anadan olub.

 

Vətən müharibəsində iştirak etmiş F.Yaqublu göstərdiyi qəhrəmanlıqlara görə "Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunmuşdu.

Qeyd edək ki, F.Yaqublunun atası da 1992-ci ildə, Birinci Qarabağ müharibəsində şəhid olub.

Zöhrab QARABAĞLI

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ