Vətən Müharibəsi Qəhrəmanı, Hərbi Hava Qüvvələrinin yeganə şəhid polkovniki, əsir düşməmək üçün təyyarəsini düşmənin canlı qüvvəsinə çırpan Zaur Nudirəliyevin şəhid olduğu gündür.
GunAz.az bildirir ki, müharibədə 12 uçuşu uğurla başa vurub. Son döyüşündə onun "Su-25" hücum təyyarəsi düşmən tərəfindən vurulur. Zərbə "Su-25" hücum təyyarəsinin katapult oturacağını zədələmədiyi üçün onun xilas olmaq ehtimalı yaranır.
Lakin həmin günlərdə Cəbrayıl şəhəri və ətraf yaşayış məntəqələri istiqamətində şiddətli döyüşlər getdiyi üçün onun paraşütlə eniş edəcəyi halda, düşmənin nəzarətində olan ərazilərə düşüb, qarşı tərəfə əsir düşmə ehtimalı da, var idi. Buna görə də, Zaur Nudirəliyev "Atəş ramı" etməyi qərara alır və "Su-25" hücum təyyarəsini bütün sürəti ilə düşmənin canlı qüvvəsinin cəmləşdiyi yerdə, zirehli nəqliyyat vasitəsinə çırpıb özü də, şəhid olur.
Əlavə olaraq qeyd etmək istəyirəm ki, şəhid qəhrəmanın anası Pəri xanım əslən Xaçmazın Seyidlikəndyeri kəndindəndir.
Allah rəhmət eləsin!