
Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 15-16-da Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikası (Sədərək və Ordubad) istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Sülh müzakirələrinin getdiyi bir vaxtda rəsmi İrəvanın yenidən təxribata əl atması diqqət çəkir.
GunAz.az xəbər verir ki,Ermənistan ordusunun ardıcıl təxribatlarının səbəbi nədir, hansı proses gedir?
Mövzu ilə bağlı danışan hərbi ekspert Ədalət Verdiyev deyib ki, İrəvan ABŞ-ın Ermənistana hərbi dəstək verməsi fonunda Azərbaycana qarşı intensiv təxribatlara başlayıb:
“Bildiyiniz kimi, ABŞ-dan Ermənistana hərbi təyyarələr gəlib. Buradakı hərbi yüklərin Zəngəzurdakı bazaya yerləşdirilməsi haqda iddialar var. Hətta amerikalı zabitlər erməni hərbçilərinə təlimlər keçir, onları hazırlaşdırır.
Lakin Azərbaycan Ordusu üçün bu təxribatların kimin tərəfindən, niyə törədilməsinin əhəmiyyəti yoxdur. Ordumuz bu cür təxribatlara hələ ki adekvat cavab verir. Təxribatlar genişlənərsə, Ermənistan hərbi mövqelərinə kifayət qədər sərt cavab zərbəsi endirilə bilər. Belə olan halda düşmən növbəti dəfə atəş açmaq istəyərkən daha dərindən düşünəcək.
Görünür, 44 günlük müharibədən lazımi dərsi çıxarmayan Ermənistan hələ də yalnız güc yolundan anlayır”.
Ekspert qeyd edib ki, təxribatlar davam edərsə, Ermənistanın atəş açan mövqeləri Azərbaycan Ordusu tərəfindən darmadağın edilməlidir:
“Həmin mövqelər bizim üçün əhəmiyyət daşıyırsa, orada Azərbaycan bayrağı qaldırılmalı, mühəndis-istehkam işləri aparılmalıdır”./Globalinfo.az