İrandan Qarabağ açıqlaması - Yenə simasını göstərdi
Tarix:
21-09-2023, 11:14
/ 1 604 dəfə oxundu.
İran Azərbaycan hökumətinin və Qarabağda yaşayan ermənilərin nümayəndələrinin bu regionda münaqişələrin dayandırılması ilə bağlı razılıq əldə etməsindən məmnunluğunu bildirir.
Bu sözləri İran XİN-in sözçüsü Nasir Kənani deyib.
"Regionda münaqişələrin davam etməsi üçün heç bir səbəb yoxdur və ümid edirik ki, bundan sonra regionda heç bir müharibənin şahidi olmayacağıq.
İran region ölkələrinin ərazi bütövlüyünə və sərhədlərinə tam hörmət edilməsini tələb edir və hesab edir ki, Qarabağ sakinlərinin hüquq və təhlükəsizliyi təmin edilməlidir", - deyə o bildirib.