SON DƏQİQƏ
» » Sülhməramlıların 50 maşını aksiya ərazisindən keçdi

Sülhməramlıların 50 maşını aksiya ərazisindən keçdi

Tarix:

30-03-2023, 19:59

/ 1 359 dəfə oxundu.
Sülhməramlıların 50 maşını aksiya ərazisindən keçdi

Rusiya sülhməramlılarına məxsus avtomobillər Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərazidə maneəsiz hərəkət edir.

Laçından Xankəndiyə və əks istiqamətə doğru hərəkət edən Rusiya sülhməramlılarına məxsus 50 avtomobil
aksiya ərazisindən maneəsiz keçib.

Bu, bir daha onu göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər. Ermənistan mətbuatında yayılan və etirazçıların guya Xankəndi-Laçın yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.
скачать dle 12.1

Şərhlər