SON DƏQİQƏ

Cinlər və pis yuxu görmək

Cəmiyyət / Manşet

On dörd gündən sonra nəşi tapılan şəhid torpağa tapşırılıb

Tarix:27-09-2022, 21:55 Oxunub:3 507

Sentyabrın 12-13-də Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısını alan zaman şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Elvin Elçin oğlu Abdullayevin nəşi 14 gündən sonra neytral zonadan çıxarılaraq doğulduğu Neftçala rayonuna gətirilib və şəhər qəbiristanlığında dəfn olunub.

"Report”un Aran bürosunun məlumatına görə, dəfn mərasimində şəhidin doğmaları, hərbçilər, ictimaiyyət nümayəndələri və rayon icra hakimiyyətinin rəsmiləri iştirak ediblər.

Qeyd edək ki, 2003-cü il təvəllüdlü Abdullayev Elvin Elçin oğlu Bankə qəsəbəsində doğulub. Hərbi xidməti başa vurmasına bir aydan da az vaxt qalıbmış.

Ailədə bir bacı, bir qardaş olub.

Allah rəhmət eləsin!

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<