Xəbər verdiyimiz kimi, bu gün Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Mədəniyyət Nazirliyinin binasında əməliyyat keçirib.
Əməliyyat nəticəsində saxlanılanlar arasında Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov da var.
Məlumat üçün bildirək ki, Sultanov Zakir İmran oğlu 11 aprel 1968-ci ildə Bakı şəhərində anadan olub.
1985-ci ildə Bakı şəhərində 6 nömrəli orta məktəbi bitirib.
1985-1992-ci illərdə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun inşaat fakültəsində ali təhsil alıb.
1986-1988-ci illərdə hərbi xidmətdə olub.
1991-2006-cı illərdə Xətai Rayon İcra Komitəsində və Xətai Rayon İcra Hakimiyyətində, Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Müfəttişliyində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsində müxtəlif vəzifələrdə işləyib.
2006-2008-ci illərdə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin "Bərpa-tikinti, İnkişaf və İnvestisiya Layihələrinin İdarə Olunması Agentliyi”nin direktoru, 2008-2014-cü illərdə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Tikilən Obyektlərin Birləşmiş Müdiriyyətinin rəisi vəzifəsində işləyib.
2014-cü ildən hal-hazıradək Azərbaycan Respublikası Prezidentinin 18.12.2014-cü il tarixli 409 nömrəli Fərmanı ilə yaradılmış Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ( Hal-hazırda yanında Mədəniyyət Nazirliyi ) Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi vəzifəsində işləyir