SON DƏQİQƏ

Bu qurumlar onlayn rejimə keçdi

Tarix:

17-09-2025, 16:04

/ 2 492 dəfə oxundu.
Bu qurumlar onlayn rejimə keçdi

Hökumət Evində yerləşən dövlət qurumlarının əməkdaşları 5 gün müddətində onlayn rejimdə fəaliyyət göstərəcək.
Hökumət Evində yerləşən qurumlardan GunAz.az-a məlumatı təsdiqləyiblər.
Bildirilib ki, buna səbəb Formula 1 yarışları ilə əlaqədar ərazidə hərəkətin məhdudlaşdırılmasıdır.
Hökumət Evi yarışların keçirildiyi əsas zonada yerləşdiyindən sentyabrın 22-nə qədər binaya giriş qadağan olunub.
Əməkdaşların da məhz həmin gündən işə qayıdacaqları qeyd olunub.
Qeyd edək ki, Hökumət Evində bir neçə dövlət qurumu - Mədəniyyət Nazirliyi, Energetika Nazirliyi, İnsan Hüquqları üzrə Müvəkkili, Ailə, Qadın, Uşaq Məsələləri üzrə Dövlət Komitəsi, ADSEA tabeliyindəki Regional Su Meliorasiya Xidməti fəaliyyət göstərir.
скачать dle 12.1

Şərhlər