SON DƏQİQƏ
» » Şöbələr ləğv edildi - Nazirdən yeni təyinat

Şöbələr ləğv edildi - Nazirdən yeni təyinat

Tarix:

22-05-2025, 11:02

/ 2 731 dəfə oxundu.
Şöbələr ləğv edildi - Nazirdən yeni təyinat

Maliyyə naziri Sahil Babayev qurumda islahatlara start verib.
GunAz.az Bizim.Media-ya istinadən xəbər verir ki, Maliyyə Nazirliyinin rayonlardakı şöbələri ləğv edilib və regional idarələr yaradılıb.
Nazirliyin Şimal bölgəsində - Qusar şəhərində Quba-Xaçmaz Regional Maliyyə idarəsi yaradılıb.
Quba, Şabran, Siyəzən, Xaçmaz və Qusar Maliyyə şöbələri ləğv edilərək Qusarda yerləşən regional idarədə birləşib.
Hazırda Quba-Xaçmaz Regional Maliyyə idarəsində təşkilati işlər görülür.
Kamran Əmirov Quba-Xaçmaz Regional Maliyyə idarəsinin rəis əvəzi təyin edilib, onun öz vəzifəsi isə qurumun rəis müavini postudur.скачать dle 12.1

Şərhlər