SON DƏQİQƏ
» » Yağış yağacaq, temperatur 4 dərəcə düşəcək - Xəbərdarlıq

Yağış yağacaq, temperatur 4 dərəcə düşəcək - Xəbərdarlıq

Tarix:

12-02-2025, 13:17

/ 3 306 dəfə oxundu.
Yağış yağacaq, temperatur 4 dərəcə düşəcək - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında fevralın 14-də arabir yağış yağacağı, yarımadanın bəzi yerlərində intensivləşəcəyi gözlənilir.
GunAz.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb.
Bildirilib ki, fevralın 13-ü gecə və səhər əsasən şərq rayonlarında, 14-dən 15-i səhərədək isə əksər rayonlarda arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, Naxçıvan MR, Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki, Dağlıq-Şirvan, Lənkəran-Astara, Mərkəzi Aran bölgəsində intensivləşəcəyi ehtimalı var.
Ölkə ərazisində havanın temperaturu 4 dərəcəyədək enəcək.
Gözlənilən hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, dağlıq rayonlarda isə yolların buz bağlayacağı ehtimal olunur.
скачать dle 12.1

Şərhlər