SON DƏQİQƏ

Xalça emalı sexi tikiləcək: 1,8 milyona

Tarix:

3-01-2025, 16:16

/ 3 386 dəfə oxundu.
Xalça emalı sexi tikiləcək: 1,8 milyona

Sumqayıt şəhərində xalça emalı sexi tikiləcək.
GunAz.az Trend-ə istinadən xəbər verir ki, artıq bununla bağlı Azərxalça Açıq Səhmdar Cəmiyyəti (ASC) hazırlıqlara başlayıb.
Məlumata görə, xalça emalı sexi Sumqayıt Kimya Sənayesi Parkında Azərxalça ASC-yə məxsus mövcud təmiz yun anbarının daxilində inşa olunacaq.
Azərxalça ASC emal sexinin inşası işlərinin 1,8 milyon manata başa gələcəyini proqnozlaşdırıb.
Qeyd edək ki, “Azərxalça” 2016-cı ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 15 000 000 manat olan ASC-nin qanuni təmsilçisi Emin Səlhab oğlu Məmmədovdur.
скачать dle 12.1

Şərhlər