SON DƏQİQƏ

Baş nazirdən yeni qərar

Tarix:

23-11-2024, 13:15

/ 3 402 dəfə oxundu.
Baş nazirdən yeni qərar

Azərbaycanda sektorlar üzrə strateji planların hazırlanması Qaydası təsdiqlənib.
GunAz.az xəbər verir ki, bununla bağlı müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb.
Maliyyə Nazirliyi bu qərarın tətbiqi ilə bağlı müvafiq sektorlar üzrə aparıcı qurumların sektorlar üzrə strateji planlarının, habelə həmin sektorlarda fəaliyyəti olan təşkilatların sektorlar üzrə büdcə planlarının tərtibi, icrasına dair hesabatlılığı və monitorinqi sahəsində təlimatlandırma və koordinasiyalı işin təşkilinin təmin edilməsi məqsədilə “Sektorlar üzrə strateji planların və büdcə planlarının tərtibinə dair metodoloji Təlimat”ı Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla üç ay müddətində təsdiq etməli, bu qərardan irəli gələn digər məsələləri həll etməlidir.
Azərbaycanda sektorlar üzrə strateji planların hazırlanması qaydası
Bu qayda Azərbaycan Prezidentinin 2018-ci il 24 avqust tarixli 235 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Ortamüddətli xərclər çərçivəsinin hazırlanması Qaydası”nın 5.7-ci bəndinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasında sektorlar üzrə strateji planların hazırlanmasının ümumi normalarını müəyyən edir.
Bu Qaydanın məqsədi sektorlar üzrə strateji planların hazırlanması prosesinin əsas mərhələlərini, həmin planların strukturunu, onların icrası üzrə hesabatlılığı və monitorinqi müəyyən etməkdir.
Sektor üzrə strateji planın strukturu
Sektor üzrə strateji plan strateji və risk təhlillərinin nəticələri əsasında hazırlanan sektor üzrə ortamüddətli strateji siyasətdən və sektor üzrə icmallaşdırılmış büdcə planından ibarətdir.
Strateji təhlildə ortamüddətli dövrdə sektorun mövcud inkişaf səviyyəsi və bu sektorun fəaliyyətinə təsir edən daxili və xarici amillər nəzərə alınır. Daxili amillərə idarəetmənin vəziyyəti, resurs mövcudluğu (çatışmazlıqları), təşkilati struktur, texniki və məlumat sistemləri (bazaları), əməkdaşların potensialı və digər amillər, xarici amillərə isə iqtisadi şərait, qlobal rəqabət, demoqrafik və texnoloji trendlərə əsaslanan coğrafi şərait və qanunvericilik üzrə dəyişikliklər aid edilir.
скачать dle 12.1

Şərhlər