2025-ci ildə Azərbaycanda dövlət büdcəsi xərclərinin 4 milyard manatı və yaxud 10,1 %-i işğaldan azad olunuş ərazilərin yenidən qurulması və bərpası ilə bağlı xərclərin payına düşəcək.
GunAz.az xəbər verir ki, bu, Maliyyə Nazirliyinin 2025-ci il dövlət büdcəsinə dair məlumatında yer alıb.
Qeyd edilib ki, bu, 2024-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 17,6 % azdır.