Yaponiyanın ümumi əhalisi keçən il yarım milyondan çox azalıb.
GunAz.az xəbər verir ki, bu haqda Yaponiya Daxili İşlər Nazirliyi açıqlama yayıb.
Bildirilib ki, 2023-cü ildə diri doğulan körpələrin sayı 730 minlə indiyə qədərki ən aşağı səviyyədə qalıb.
Keçən il ölənlərin sayının 1,58 milyon olaraq qeyd edildiyi Yaponiyada ümumi əhali ardıcıl 15-ci ildir ki, yarım milyondan çox azalıb.
2024-cü il yanvarın 1-nə ölkə əhalisinin sayı 124,9 milyon nəfər olub.
Yaponiyada yaşayan əcnəbilərin sayı 11 faiz artaraq ilk dəfə 3 milyonu keçib.
Hazırda ümumi əhalinin təxminən 3 faizini təşkil edən əcnəbilər əsasən 15-64 yaş qrupunda olan əmək qabiliyyətli insanlardır.
2024-cü il büdcəsinin bir hissəsi olaraq, hökumət gənc cütlükləri daha çox uşaq sahibi olmağa təşviq etmək üçün 34 milyard dollar ayırıb.
Yaponiya əhalisinin 2070-ci ilə qədər təxminən 30 faiz azalaraq 87 milyona çatacağı, hər 10 nəfərdən dördünün 65 və daha yuxarı yaşda olacağı proqnozlaşdırılır.