SON DƏQİQƏ

Rusiya ilə sərhədi bağlayacaq

Tarix:

4-04-2024, 16:33

/ 3 340 dəfə oxundu.
Rusiya ilə sərhədi bağlayacaq

Finlandiya Rusiya ilə sərhədlərin bağlı qalmasını qeyri-müəyyən müddətə qədər uzatmaq barədə qərar qəbul edib.
GunAz.az xəbər verir ki, bu barədə məlumatı Finlandiya hakimiyyətinə istinadən “Bloomberg” agentliyi yayıb. 
“Finlandiya Rusiya ilə sərhədi növbəti bildirişə qədər bağlı saxlayacaq”, - deyə məlumatda qeyd olunub. 
Xatırladaq ki, 2023-cü il noyabrın 22-də Finlandiyanın Baş naziri Petteri Orpo bildirib ki, ölkəsi Rusiya ilə sərhəddə biri istisna olmaqla, bütün nəzarət-keçid məntəqələrini bağlayacaq. Buna səbəb qanunsuz miqrant axını ilə bağlı vəziyyətin pisləşməsi olub. Cari ilin fevralında isə Finlandiya hökuməti Rusiya ilə sərhədin bağlanmasını aprelin 14-nə qədər uzatmaq barədə qərar qəbul edib.
скачать dle 12.1

Şərhlər