SON DƏQİQƏ

Bakıda toz dumanı müşahidə olunur

Tarix:

18-03-2024, 09:55

/ 3 686 dəfə oxundu.
Bakıda toz dumanı müşahidə olunur

Avtomatik stansiyalardan əldə edilən məlumatlara əsasən bu gün səhər saatlarında Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.
ETSN-dən GunAz.az-a verilən xəbərə görə, Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva bildirib ki, hazırda havada tozun miqdarı 1.6 dəfə normadan artıqdır.
“Tozlu hava şəraitinə səbəb axşam saatlarında şimal-qərb istiqamətli küləklərin cənub-şərq istiqamətli küləklərlə əvəz olunması ilə əlaqədar ölkə ərazisinə Xəzər dənizi üzərindən daxil olan toz-dumanıdır. Tozlu hava şəraitinin gün ərzində davam edəcəyi gözlənilir”, – o əlavə edib.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ