SON DƏQİQƏ

Azərbaycanlı tələbə ABŞ-da marş bəstələdi

Tarix:

3-04-2023, 17:26

/ 1 385 dəfə oxundu.
Azərbaycanlı tələbə ABŞ-da marş bəstələdi

Azərbaycanlı tələbə Şəmsi Tağıyev ABŞ-da oxuduğu universitetin rəsmi marşını bəstələyib.

Bu haqda Şəmsi Tağıyev özü Feysbuk səhifəsində məlumat paylaşıb

"Axır ki, Amerika universiteti üçün rəsmi marş bəstələmiş ilk azərbaycanlı bəstəkar adını qazandığımı fəxrlə deyə bilərəm. Bu marşı gələn payız sezonundan etibarən universitetin kampusunda (və eləcə də Mankatoda) keçiriləcək hər bir oyundan əvvəl eşidə bilərsiniz”.

Qeyd edək ki, Şəmsi Tağıyev ABŞ-ın Minnesota Dövlət Universitetində təhsil alır.

Bu il yeni marş bəstələnməsi üçün müsabiqə keçirilib. Müsabiqədə Ş.Tağıyevin bəstələdiyi marş qalib gəlib.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ