SON DƏQİQƏ
» » "İranla Azərbaycan arasında ümumi sahələr var - xalqlarımızı ortaq mədəniyyət, ənənələr və tarix və din birləşdirir" - Seyid Abbas Musəvi

"İranla Azərbaycan arasında ümumi sahələr var - xalqlarımızı ortaq mədəniyyət, ənənələr və tarix və din birləşdirir" - Seyid Abbas Musəvi

Tarix:

4-05-2021, 13:32

/ 3 865 dəfə oxundu.
"İranla Azərbaycan arasında ümumi sahələr var - xalqlarımızı ortaq mədəniyyət, ənənələr və tarix və din birləşdirir" - Seyid Abbas Musəvi

 GunAz.az İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvinin Eurasia Diary-a verdiyi eksklüziv müsahibəni təqdim edir.

- Cənab səfir, ölkəmizlə diplomatik xidmət etdiyiniz digər ölkələr arasında əsas fərq nədir?

Seyid Abbas Musəvi: Azərbaycanda özümü evdəki kimi hiss edirəm, burada özümü heç də əcnəbi kimi hiss etmirəm, bizim ümumi cəhətlərimiz çoxdur və bu ortaq sahələr bənzərsizdir, ona görə də İranla Azərbaycan arasında mövcud oxşarlıqları başqa bir ölkə ilə müqayisə etmək olmaz. İran və Azərbaycan xalqlarını ortaq mədəniyyət, ortaq ənənələr və tarix, eyni zamanda ortaq din birləşdirir. Mən Azərbaycan xalqını mehriban, dostyana və qonaqpərvər hesab edirəm. Hazırda bu ölkədə əhəmiyyətli inkişaf tendensiyası görürük.

- Ölkəmizin hansı bölgəsini və Azərbaycan mətbəxinin hansı yeməyini daha çox sevirsiniz?

 Seyid Abbas Musəvi: Ərazisinin kiçik olmasına baxmayaraq, Azərbaycan dəyişkən iqlimə və heyranedici mənzərələrə malikdir. Təəssüf ki, havası çox xoş olan və gözəl görüntüyə malik dağlıq ərazilərdə çox ola bilmədim, amma Xəzər dənizinin sahil şəhəri olan Bakıdakı hava şəraitindən tamamilə fərqllənirdi. Azərbaycanda, xüsusən də dağlıq bölgələrdəki turistik yerlərin tayı-bərabəri yoxdur. Ənənəvi yeməkləriniz, xüsusən kabablar və ət yeməkləriniz ləzzətlidir. İnsan çəkisinə nəzarət etməzsə, bir göz qırpımında kilo alacaq.

 - Ölkələrimiz arasındakı münasibətlərin hazırkı vəziyyəti sizi şəxsən qane edirmi? Sizcə onların daha da inkişaf etməsi üçün nə etmək olar?

 Seyid Abbas Musəvi: İki qardaş və dost ölkə olan İran və Azərbaycan arasındakı əməkdaşlıq hazırda yaxşı səviyyədədir, lakin hər iki ölkədə mövcud imkanları nəzərə alaraq, əməkdaşlıq səviyyəsinin indiki ilə müqayisədə daha da yaxşılaşdırıla biləcəyinə inanırıq. Şəxsən mən İran və Azərbaycan arasındakı əlaqələrin yaxın gələcəkdə strateji əlaqələrə çevriləcəyinə inanıram.

 - İkinci Qarabağ müharibəsi bitdikdən sonra bölgədəki vəziyyəti necə qiymətləndirirsiniz?

Seyid Abbas Musəvi: Xoşbəxtlikdən bölgədə vəziyyət sabitdir və Azərbaycan hökuməti işğaldan azad edilmiş ərazilərdə yenidənqurma planını həyata keçirməyə çalışır. İşğal olunmuş bölgələrin azad olunmasına çox şadam. Ümid edirəm ki, bu azadlıq yalnız Azərbaycan və Ermənistan arasında deyil, bütövlükdə bölgədəki gərginliyi azaltmağa kömək edəcək. Hər halda, ölkəm iki qonşu ölkə arasındakı düşmənçiliyə son qoyulması üçün kömək etməyə hazırdır. Müharibədən sonra yeni regional əməkdaşlıq dövrü başladı. İran cənab İlham Əliyevin "3 + 3" təşəbbüsünü dəstəkləyir.

 - Mövcud layihələrdən (İran-Azərbaycan) hansını ən perspektivli hesab edirsiniz?

 Seyid Abbas Musəvi: Bildiyiniz kimi, İranla Azərbaycan arasında birgə həyata keçirilən bir neçə layihə var və inşallah yaxın vaxtlarda bir çoxunun həyata keçiriləcəyinə ümid edirəm. Bəzilərinin gec-tez yekunlaşdırılaraq istifadəyə verilməsi mümkündür. Əminəm ki, iki tərəf arasındakı qardaşlıq əməkdaşlığı ruhu və bu layihələrin hər iki ölkəyə gətirə biləcəyi ortaq maraqlar nəzərə alınaraq, bəzilərindən yaxın gələcəkdə istifadə ediləcək. Ancaq cavabımda daha dəqiq desəm, deməliyəm ki, yaxın gələcəkdə Astara dəmir yolu terminalı, Xudafərin-Qız-Qalası bəndinə və Astara çayı (Astaraçay) üzərində yeni yol körpüsünə aid layihələrin işini görəcəyik.

 - Sizcə, İranlı sahibkarlar Azərbaycanın azad edilmiş ərazilərinə nə qədər investisiya qoymaqda maraqlıdır?

Seyid Abbas Musəvi: Ümumiyyətlə deyə bilərəm ki, İran mühəndislik şirkətləri çox ixtisaslı və yüksək və müasir texniki biliklərə malikdirlər. Həm də onların infrastruktur layihələrinin həyata keçirilməsindəki səmərəliliyi daha yüksək səviyyədədir. İnanıram ki, azad edilmiş ərazilərin inkişafına dair layihələrinin əksəriyyətində mühüm rol oynaya bilərlər.

Mənimlə əlaqə quran bir çox İran şirkəti istilik, günəş, külək və hidroelektrik stansiyalar da daxil olmaqla elektrik stansiyası layihələri üçün investisiya və ya müqavilə bağlamağa böyük maraq göstəriblər. Tarixi binalar, mədəni obyektlər, məscidlər, muzeylər tikməyə və bərpa etməyə və qədim əşyaların bərpasına hazır olduqlarını açıqlayıblar.

İran şirkətləri də yüksək keyfiyyətli tikinti materialları və avadanlıqlarını rəqabətədavamlı qiymətlərlə tədarük etməyə hazırdır. Kənd təsərrüfatı, meşələrin bərpası, su kanalının inşası və elektrikləşdirilməsi sahəsində çox yüksək biliklərə malikdirlər. Düşünürəm ki, Qarabağa milyonlarla dollar sərmayə qoyulacaq.

Cəmilə Çebotareva

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ