Tağı Əhmədov:
«Ali Baş Komandan İlham Əliyev ulularımızdan ərməğan qalan qəhrəmanlıq
tariximizin yeni səhifələrini yazdı»
«Bu gün hər birimiz qürurla
söyləyirik ki, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Ağdam, Laçın, Kəlbəcər,
xalqımızın mədəniyyət beşiyi, sənətkarlar yurdu Şuşa, igidlər oylağı Cıdır
düzü, tarixlərin şahidi Xudafərin körpüsü bizimdir. Bir sözlə, Qarabağ
bizimdir. Uğrunda şəhidlər verdiyimiz Qarabağ Azərbaycandır». Bu sözləri Yeni Azərbaycan Partiyasının
(YAP) Yasamal rayon təşkilatının sədri, peşəkar dəmiryoluçu, Əməkdar mühəndis
Tağı Əhmədov «Azad Azərbaycan» qəzetinə müsahibəsində bildirib.
İşğaldan
azad olunan torpaqlarımız əsl sahiblərini gözləyir
-
Tağı müəllim, 44 günlük 2-ci Qarabağ müharibəsibaşa çatdı. Siz əldə
edilmiş bu qələbənin əhəmiyyətini necə qiymətləndirirsiniz?
- Ərazi bütövlüyü uğrunda haqq mübarizəsinə başlayan Azərbaycan xalqı
Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə məqsədinə nail oldu.
Sentyabrın 27-dən başlanan bu mübarizədə bütün dünya ictimaiyyəti Azərbaycanın
müstəqilliyinin əbədiliyinə, iqtisadi qüdrətimizə, xalqımızın yenilməzlik əzminə,
Milli Ordumuzun rəşadətinə, xalq-iqtidar birliyinin gücünə şahid oldu. 30 ilə
yaxın Azərbaycan torpaqlarını işğal altında saxlayan, faşist ideologiyasını,
terrorçuluğu dövlət siyasətinin əsas prinsipləri kimi davam etdirən Ermənistana
layiq olduğu cavab, baş nazir Nikol Paşinyana isə heç vaxt unuda bilməyəcəyi dərs
verildi. Qlobal enerji və nəqliyyat layihələrinin təşəbbüskarı, müəllifi, Azərbaycanı
dünyada qüdrətli dövlət kimi tanıdan Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham
Əliyev ulularımızdan ərməğan qalan qəhrəmanlıq tariximizin yeni səhifələrini
yazdı. Xalqa müraciətlərində torpaqlarımızın işğaldan azad olunacağını əminliklə
bildirən, dünyanın tanınmış siyasətçiləri arasında adı ön sırada çəkilən
Prezident İlham Əliyev diplomatiyada, hərbi sahədə də fərqləndiyini göstərdi.
30 il işğal altında qalan torpaqlarımızı 44 gündə azad edən Milli Ordumuz BMT,
Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT və digər beynəlxalq
qurumların qəbul etdikləri, ancaq icra mexanizmi «unudulan» qətnamələri döyüş
meydanında reallaşdırdı. Xalqımız Vətən müharibəsini qələbə ilə başa çatdırdı.
Ermənistanın və havadarlarının işğalçılıq siyasətinə haqq qazandırmaq üçün
bütün bəhanələrə son qoyuldu. Prezident İlham Əliyevin vurğuladığı kimi, artıq
nə status-kvo var, nə təmas xətti, nə də millətlərin öz müqəddəratını təyin etmək
kimi sərsəm iddialar. Bir-birinin ardınca işğaldan azad olunan torpaqlarımız əsl
sahiblərini gözləyir. Bu gün hər birimiz qürurla söyləyirik ki, Füzuli, Cəbrayıl,
Zəngilan, Qubadlı, Ağdam, Laçın, Kəlbəcər, xalqımızın mədəniyyət beşiyi, sənətkarlar
yurdu Şuşa, igidlər oylağı Cıdır düzü, tarixlərin şahidi Xudafərin körpüsü
bizimdir. Bir sözlə, Qarabağ bizimdir. Uğrunda şəhidlər verdiyimiz Qarabağ Azərbaycandır!
Azərbaycanın hər bir vətəndaşının qürurlanmağa haqqı vardır. Bu qüruru bizə Ali
Baş Komandan, Milli Ordumuzun qalib əsgərləri yaşatdılar.
Uzun
illər qürbətdə qalan Şuşada azan səsinin eşidilməsi bütün xalqımızı
duyğulandırdı
- İllər
sonra biz torpaqlarımıza qovuşuruq. Sizcə
bu hiss necə duyğudur?
-
İkinci Qarabağ döyüşlərində qazanılan zəfər təkcə hərbi qüdrətimizin deyil, Azərbaycanın
diplomatiyada da qazandığı uğurdur. İllərdən bəri işğalçı, terrorçu, faşizm
ideyalarına sadiq dövlət olsa da, ermənipərəst dairələr tərəfindən dəstəklənən
Ermənistanın havadarları da Azərbaycan Ordusunun qələbəsindən nəticə
çıxarmalıdırlar. Ermənistanın ərköyünlüyünə öz maraqları naminə dözənlər, beynəlxalq
hüquq normalarını unudanlar, qətlə yetirilən, Qərbi Azərbaycandan, Qarabağdakı
doğma torpaqlarından qovulan azərbaycanlıların faciəsini, erməni vandallarının
törətdikləri Xocalı soyqırımına göz yumanlardır. «Münaqişənin hərbi yolla həlli
yoxdur» deyənlərə, işğalçıya təsir və təzyiq göstərməyənlərə də Prezident İlham
Əliyev mübarizlik, azadlıq uğrunda mücadilə, liderlik dərsi keçdi. Ədalət
qanunlarının gücünü ölkəmizin hərbi qüdrəti ilə göstərdi. Ermənistan tərəfindən
vuruşan muzdlulara qalib gələn Azərbaycan Ordusu terrorizmə qarşı mübarizədə də
əzmkar olduğunu göstərdi. Uzun illər qürbətdə qalan Şuşada azan səsinin eşidilməsi
bütün xalqımızı duyğulandırdı. Doğmalarının səsi üçün qəribsəyən boynubükük
xarı bülbül cana gəldi.Rusiya-Azərbaycan Prezidentləri, Ermənistanın baş
naziri tərəfindən doqquz bənddən ibarət üçtərəfli Bəyanatın imzalanması ölkəmizin
tam və qəti qələbəsinin rəsmi təsdiqi, işğalçı dövlətin hərbi
kapitulyasiyasıdır.Qələbəmizin əsas qəhrəmanı Ali Baş Komandan, Azərbaycanın
zabit və əsgərləridir!
Məgər Paşinyan dərk etmirdi ki, BMT-nin 4 qətnaməsini həyata keçirtməyəndə sonu
belə olacaq? Gərək öz millətini xırmanda buğdaya doluşmuş sərçə kimi qırdıraydı?
O, özünü korluğa qoymuşdu, bütün dünyaya elan edirdi ki, bizdən heç qırılan
yoxdu, qırılan meyitləri belə ermənilər qəbul etmirdi ki, bizə lazım deyil. Ona
görə də dünya gözünü açmalıdır, baxmalıdır ki, dünyada olan 7 milyard insan
dostcasına yaşamalıdır.
«Mən bir məsələni də bildirmək, əziz xalqıma çatdırmaq istəyirəm. Yəqin siz
fikir vermisiniz ki, bu bəyanatda Dağlıq Qarabağın statusu haqqında bir kəlmə də
yoxdur, yoxdur! Bəs hanı Ermənistan tərəfinin tələbləri. Dağlıq Qarabağa müstəqillik
verilməlidir? Mən onlara muxtariyyət təklif edəndə buna razı olmadılar, dedilər
ki, yox, bu, «müstəqil» dövlətdir”. Bunlar uzun illərdir müstəqil dövlət kimi
yaşayır və onlar Azərbaycandan müstəqillik almalıdırlar. Bir kəlmə də yoxdur,
Paşinyan. Nə oldu bəs? Bu nə oldu, Paşinyan? Deyəsən, bir çox illər ərzində
dillərdə qalacaq. Nə oldu Paşinyan, yol çəkirdin Cəbrayıla.Rəqs edirdin, nə oldu bəs status? Cəhənnəmə getdi status, gora getdi
status, gorbagor oldu status, yoxdur status və olmayacaq. Nə qədər ki, mən
Prezidentəm, olmayacaq. Ona görə, bu sənədin çox böyük mənası var» söyləyən
Prezident İlham Əliyev sınaqlardan çıxan Azərbaycan xalqının gücünü, müstəqilliyimizin
əbədiliyini uzaqgörən siyasəti ilə təsdiqləyir. Bu istəyimizə xalqımızın
birliyi, ordumuzun qüdrəti ilə nail olduq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
Bizim torpaqlar iki yüz ilə qədər işğal oluna-oluna gedib. Düz iki yüz ildən
sonra biz torpaqlarımıza qovuşuruq. Bu elə-belə deyil Ali Baş Komandanın səyi,
onun dost münasibətlərindən, qüdrətli Ordu yaratmasından və qüdrətli ordumuzun səyi
nəticəsində tamamlanıb. 1990-93-cü illərdə keçmiş SSRİ ordusunun səyi nəticəsində
3 ilə alınan torpaqlarımız cəmi 44 günə geri qaytarıldı. Bu Yeni Azərbaycan
Partiyasının sədri Ali Baş Komandan İlham Əliyevin səyi nəticəsində baş
vermişdir. Bu qələbə tarix dərslərinə və döyüş taktikalarında geniş istifadə
olunacaq. Bu gün Kəlbəcərin qaytarılmasında barbarlıq görün nə dərəcədədir ki,
ermənilər çıxanda evləri, meşələri yandırırlar, bu millətdən kənar bir erməni məxluquna
məxsusdur. İşğal olunmuş rayonlarımızda bütün mülki, dövlət obyektləri
dağıdılmış, yox edilmişdir. Ali Baş Komandan demişkən: "Biz bütün evləri, müəssisələri
bərpa edərək əvvəlki vəziyyətindən də yaxşı hala gətirəcəyik. Amma Ermənistan
bu dağıntılara görə Beynəlxalq məhkəmələr qarşısında cavab verəcəkdir”.
Bir gürcü siyasətçisi ermənilərə məsləhət verir ki, siz qonşularla münasibətinizi
düzəldin. Siz heç kimlə yola getmirsiniz, siz mono millətsiniz, mono millət ola-ola
heç kimi bəyənmirsiniz, heç kim də sizi bəyənmir ona görə də Allah da sizi bəyənmir.
Bəli erməni milləti bu gün dünyanın ən geridə qalan millətidir. Onlar
başa düşmürlər ki, bu talançılıqlarını təzminatla ödəməlidirlər, erməni dövləti
bu təzminatı ödəməsə, biz bunu Zəngəzur torpaqları ilə əvəzləşdirə bilərik.Bu
gün iki cüt bir tək olan ermənilər Gürcüstandan da, Türkiyədən də torpaq istəyir.Onların gözü doymur, hətta Rusiyanın Krasnodar vilayətindən muxtariyyət
istəyirlər. Görün nə qədər rəzil bir millətdirlər.
Türkiyənin siyasi və mənəvi dəstəyi qələbənin
qazanılmasında çox böyük rol oynadı
- Tağı müəllim,Vətən müharibəsi Azərbaycan xalqına həmçinin dost olan ölkələrin bir təsdiqi oldu…
- Bəli, mən ilk növbədə qardaş Türkiyənin dəstəyini qeyd etmək istərdim.
Qarabağ müharibəsini izləyən hər kəs bir daha Azərbaycan-Türkiyə qardaşlığının
sarsılmazlığının şahidi oldu. Ermənistanın torpaqlarımızı işğal etdiyi gündən
bütün səviyyələrdə xalqımızla bir olduğunu göstərən Türkiyə bu ağır günlərdə də
Azərbaycanın yanında olduğunu siyasi, mənəvi dəstəyi ilə bildirdi. Bütün dünya
birliyi «Bir millət, iki dövlət» aforizminin qüdrətini, gücünü, etibarını
gördü. Azərbaycanın Ermənistan üzərində qələbə xəbərini «Azərbaycan gülərsə biz
də gülərik, Azərbaycan kədərlənərsə, biz də kədərlənərik» söyləyən türk
dünyasının öndəri Mustafa Kamal Atatürkün anım gününə təsadüf etməsi Tanrının
bu qardaşlığa xeyir-duasıdır. Vətən savaşında müstəqilliyinin əbədiliyini,
torpaqlarımızın bütövlüyünü növbəti dəfə dünyaya bəyan edən Azərbaycanın
terrorçu Ermənistan üzərində qələbəsini xalqımızla birgə qeyd edən Türkiyə rəsmilərinin
qeyd etdiyi kimi gücümüzü, birliyimizi dünyaya göstərdik. Bu həmrəylik göstərdi
ki, dünyada Türkiyə ilə Azərbaycan qədər bir-birinə yaxın ölkələr yoxdur. Azərbaycanın
və Türkiyənin küçə və meydanlarında qoşa dalğalanan dövlət bayraqları hər iki
xalqın sevincini bölüşən birlik rəmzidir. Biz tarixi anlar yaşayırıq. Türkiyənin
siyasi və mənəvi dəstəyi bu qələbənin qazanılmasında çox böyük rol oynamışdır.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın hərbi əməliyyatların başlandığı ilk
günlərdən söylədiyi «Azərbaycan tək deyil, Türkiyə onun yanındadır»” sözləri
erməni havadarlarının bu münaqişəyə müdaxilə cəhdlərini alt-üst etdi. Qardaş
ölkənin bütün rəsmi şəxsləri xalqımızla birliklərini ifadə etdilər. Bu qardaş dəstəyi
isə Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir. Ermənistan kimi bütün
dünya anladı ki, Azərbaycan xalqının səbri ilə oynamaq asan deyil. İkinci
Qarabağ müharibəsi tarixdə Azərbaycanın şanlı zəfər salnaməsi kimi qalacaq. Məqsəd
bu idi ki, qısa müddət ərzində az itkilərlə düşmənə sarsıdıcı zərbə vurulsun,
işğalçı torpaqlarımızdan birdəfəlik çıxsın. Döyüş meydanında qazanılan uğurlar
siyasi müstəvidə, diplomatiyada davam etdirilir. Şəhidlərimizin canı-qanı
bahasına, hərbçilərimizin rəşadəti hesabına, müdafiə qüdrətimiz sayəsində həm
döyüş meydanında, həm də danışıqlar masası arxasında biz istədiyimizə nail
olduq. «Biz imzamıza hörmətlə yanaşırıq. Qarşı tərəf də dayanmalıdır. Çünki
dayanmasa, biz də dayanmayacağıq» söyləyən Ali Baş Komandan sona qədər gedəcəyini,
heç bir qüvvənin Azərbaycan Ordusunun qarşısını ala bilməyəcəyini diqqətə
çatdırır. Bəyanatda qeyd olunan, münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə
nəzarətin səmərəliliyinin artırılması məqsədilə yaradılacaq sülhməramlı mərkəzdə
təmsil olunacaq Rusiya və Türkiyə hərbçilərinin fəaliyyətinin səmərə verəcəyinə
inamını ifadə edən dövlət başçımız əminliklə ifadə edir ki, gələcəkdə bu əməkdaşlıq
formatı daha çoxşaxəli ola bilər.
30 ilə yaxındır ki, mühasirədə qalmış
Naxçıvana yol açılır
- Bəyanatda Naxçıvan Muxtar Respublikasını
Azərbaycanla, Azərbaycanın əsas hissəsi ilə quru yollarla birləşdirməsi ilə
bağlı bəndin salınması tarixi əhəmiyyətə malikdir. Təbii ki,
Ermənistan tərəfindən blokadada saxlanılan Naxçıvana birbaşa nəqliyyatın bərpa
olunması Türkiyə və başqa dövlətlərlə də əlaqələri möhkəmləndirəcək, tərəfdaş
ölkələrin iqtisadi inkişafına yeni imkanlar yaradacaq…
- Bəli, ilk olaraq İpək yolunun çəkilişi Bakı-Tbilisi-Qars dəmir yolunun ən əsas
hissəsi artıq gəlib Naxçıvanın tam yaxınlığına çıxıb. Yeni Azərbaycan
Partiyasının nəşr olunmuş kitabında nəqliyyat üzrə mənim böyük bir məqaləm
gedib. O məqalədə göstərmişəm ki, Qarsa qədər dəmiryolu gedirsə Qarsdan
Naxçıvana tam yaxındır. Sədərəyə qədər bizdə dəmiryolu var. Bu
yolla Bakı-İrəvan qatarı da 1989-90-cı illərə qədər fəaliyyətdə olub. Naxçıvan ərazisində
bu dəmir yolu indii işlək vəziyyətdə olsa da Ermənistan ərazisində bu dəmir
yolu tamamilə dağılıb. Bu yol Qars dəmir yoluna birləşərək ilkin olaraq
Avropaya çıxış yaradacaq. Əlbəttə bu Ulu Öndərin
vaxtından qeydə alınmış layihə idi. Bu gün Prezidentimiz cənab İlham Əliyev tərəfindən
bu layihə həyata keçiriləcək. Eyni zamanda ikinci xöşbəxtlik onda oldu ki,
Naxçıvana quru yolunun açılışı istər qərb tərəfdən, istərsə də köhnə dəmiryolu
- hansı ki, Zəngilandan Meğridən keçirdi, bu bərpa olunur. Bu isə təxminənBakı-Tbilisi-Qars yolunu 365
km qısaldır. Bu yol ekonomik və Türk dünyasına çıxış tərəfindən
çox sərfəlidir. Uzun illərdir, 30 ilə yaxındır ki, mühasirədə qalmış Naxçıvana
istər Qərb tərəfdən, istərsə də cənub tərəfdən yol açılır. Bu Naxçıvanın həm
inkişafında, həm gələcəyində böyük rol oynayacaq. Bilirik ki, Naxçıvanda 72
adda zəngin mineral sular çıxır. Biz isə cəmi ikisindən istifadə edirik Badamlı
və Sirabdan. Bundan əlavə Naxçıvanda çıxan Vayxır suyu dünyada misli görünməyən
mineral tərkibli sudur. Hal-hazırda Naxçıvan blokada vəziyyətində olduğundan bu
suların dünyaya çıxarılmasını təminedə bilmirik. Naxçıvanın duzuna gəldikdə
isə bu duzun keyfiyyətindən heç yerdə yoxdur. Naxçıvanın təbii sərvətini
saymaqla qurtarmaz, Allah qoysa yol açılandan sonra bunlar yavaş-yavaş üzə
çıxacaq. Bizim ən böyük xöşbəxtliyimiz ondadır ki, rayonlarımızın alınmasında,
xüsusən də Kəlbəcər, Laçın, Zəngilan ümumiyyətlə işğaldan azad olunmuş
rayonların hamısında zəngin sərvətlərimiz yatır. Bunlar gələcəkdə Azərbaycanın
xöşbəxtçiliyi deməkdir.
Ermənistan yaxşı qonşuluq etsə çox şey qazanar
- Tağı müəllim, əgər Naxçıvana dəmiryolu
istifadəyə verilsə, bundan Ermənistan daistifadə edə biləcəkmi?
- Əgər İrəvan istəsəydi Bakı-Tbilisi-Qars, Bakı-İrəvan-Qars ilə əvəzlənə bilərdi,
Bakı-Tbilisi-Ərzurum, Bakı-İrəvan-Ərzurum ola bilərdi. Cənab Prezident
demişkən: "Əgər yaxşı qonşuluq etsəydiniz, siz də Gürcüstan kimi yağ içində
böyrək kimi yaşayardınız”. Amma onlar özlərinin başsızlığından belə bir tora
düşdülər. Biz onu Ermənistandan çəkməli olsaq, onlar da istifadə edə bilər,
Avropaya çıxışları yaranacaq. Bizimlə Türkiyə arasında yaranan "Dostluq körpü”müz var, bu
körpü Ulu öndər Heydər Əliyev və Türkiyənin prezidenti Süleyman Dəmirəlin
səyi nəticəsində yaranmışdır və bu gün həmin dəmiryolu da oistiqamətdə birləşdirilə bilər. Ermənistan qonşuluq etsə çox şey qazanar. Təəssüflər
olsun ki, Ermənistan qonşuluq edə bilmir, hələ də yatır. Ən başlıcası isə bu yolun çəkilişi
bölgədə sabitlik, əmin-amanlıq yarada bilər.
Paşinyan tam şəkildə məğlub olduğunu
etiraf etdi
- Sizcə, Ermənistanın bu məğlubiyyət
aktına qol çəkməsinin əsas səbəbi nə oldu?
- Səbəbini fikrimcə,bunu xalqa müraciətində Ermənistan baş naziri Nikol
Paşinyanın özü deyib. O bildirib ki,Araik Arutunyan və o
xaosa səbəb olmamaq üçün acınacaqlı vəziyyət barədə xalqa tam məlumat verməmişdir.
Niyə sənədi imzalamadan əvvəl xalqla məsləhətləşmədiyinin səbəbini isə o,
belə izah edib ki, "xalqa acınacaqlı vəziyyət haqqında məlumat versək, ciddi çaxnaşmalar
ola bilərdi. Bu sənədi imzaladıqdan sonra mən yalnız siyasi deyil, həm də
fiziki cəhətdən təhdid altında olacağımı bilirdim. Amma
mənim üçün 25 min əsgərimizin həyatını xilas etmək daha vacib idi".
Görürsünüzmü, Paşinyan tam şəkildə məğlub olduğunu etiraf edib.
Radikal müxalifət qələbənin əhəmiyyətini azaltmağa çalışır
- Tağı müəllim, radikal müxalifətin bəzi nümayəndələri bu qələbənin əhəmiyyətini azaltmaq istəyir.
Sizcə onlar niyə belə edirlər?
- Azərbaycan xalqı 30 ilə yaxın idi Dağlıq Qarabağın və ətraf yeddi rayonun həsrəti ilə yaşayırdı. 44 günlük hərbi əməliyyatlarla və bəyanatın imzalanması ilə Ali Baş Komandanımız, Ordumuz xalqımızın xəyal və arzularını reallığa çevirdi.Azərbaycanın
hərbi gücü qarşısında təkcəErmənistan yox, bütün dünya heyrət içində
qaldı. Dostlarımız sevindi, düşmənlərimizin bağrı çatladı. Azərbaycanın bu zəfəri
hələ uzun illər deyiləcək və tarix kitablarına düşəcək. Bu gün hamı etiraf edir
ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında xalqımız 44 gün ərzində
möhtəşəm bir Qələbə qazandı.Əli Kərimli, Arif Hacılı, Cəmil Həsənli və
başqaları yeni siyasi münasibətlərin formalaşdığı bir dövrdə 50 siyasi
partiyanın dəstək verdiyi bəyanat və müraciətlərə imza atmadılar. Sadəcə bəyanat
verərək bildirdilər ki, biz dövlətimizin yanındayıq. Lakin torpaqlarımız
qarış-qarış azad olunduqda sevinsələr də, atəşkəsbəyanatı imzalanmasından
yenə də narazı qaldılar. Onlar son qələbəyədək müharibənin davam etdirilməsini
daha məqsədəuyğun saydılar."Biz 1992-ci ildə rus qoşunlarını Azərbaycandan
çıxardıq, bunlar qaytardılar” - dedilər. Onlar 9 maddədən ibarət bəyanatın hər
bir bəndini təftiş edib, hər bir bənd üzrə ictimai fikri yanlış istiqamətə yönəldirlər.
AXCP-Müsavat cütlüyü və "Milli Şura” təmsilçiləri
müharibənin müsbət nəticələrini inkar edir, "əraziləri ermənilərdən alıb
ruslara verdik”,– deyirlər. Biz Füzulini, Cəbrayılı, Zəngilanı,
Qubadlını, Kəlbəcəri, Laçını, Ağdamı,Şuşanı öz nəzarətimiz altına
almışıq, sülhməramlı qüvvələr Türkiyə ilə birlikdə bu rayonlara yox, məhz
keçmiş Dağlıq Qarabağ ərazisinin bir hissəsinə - Xankəndi, Xocalı, Xocavəndin
bir hissəsinə nəzarət edəcək.Azərbaycan müxalifəti yaxşı başa düşür ki,
qalib gəlmiş Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi siyasi hakimiyyətin
reytinqi bu dəqiqə ən yüksək səviyyəyə qalxıb və uzun müddət də düşməyəcək.
Onlar başa düşürlər ki, artıq İlham Əliyev iqtidarına qarşı müxalifətdə
olanları xalq qəbul etməyəcək. Ona görə də maksimum çalışırlar ki, qələbənin əhəmiyyətini
azaltsınlar.
- "5-ci kolon” yaman narahatdır…
- Düz deyirsiniz, hazırda Azərbaycanda möhkəm iqtidar-xalq birliyi
formalaşmışdır. Azərbaycanda fəaliyyət göstərən bütün siyasi partiyalar Ali Baş
Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yeritdiyi
daxili və xarici siyasəti dəstəkləyir, milli birlik nümayiş etdirərək
torpaqlarımızın işğaldan azad edilməsi prosesində fəal iştirak edir. Azərbaycan
Respublikası Prezidentinin Administrasiyasının Siyasi Partiyalar və
qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə və
şöbə əməkdaşları ilə sıx təmas saxlamaqla fəaliyyət göstərirlər. Ölkəmizdə
mövcud olan hazırkı möhkəm ictimai-siyasi sabitlik və milli birlik xaricdə olan
anti-Azərbaycan dairələri və qüvvələri, onların Azərbaycandakı əlaltıları olan
5-ci kolonun nümayəndələrini bərk narahat edir. Onlar bu həmrəyliyin pozulması
üçün cidd-cəhdlə çalışırlar. Şübhə etmirəm ki, onların bütün cəhdləri boşa
çıxacaq, bu proseslərdə 5-ci kolonun nümayəndələri özlərini tam ifşa
etməklə süquta uğrayacaqlar.
- Tağı müəllim maraqlı müsahibəyə görə
təşəkkür edirik.
Müsahibəni apardı: Bilman
ALLAHVERDİYEV
скачать dle 12.1