SON DƏQİQƏ
» » “Cocuq Mərcanlı vətənin sonu deyil, bəlkə də mərkəzidir” -Əflatun Amaşov

“Cocuq Mərcanlı vətənin sonu deyil, bəlkə də mərkəzidir” -Əflatun Amaşov

Tarix:

3-10-2017, 09:38

/ 1 453 dəfə oxundu.
“Cocuq Mərcanlı vətənin sonu deyil, bəlkə də mərkəzidir” -Əflatun Amaşov

Əflatun Amaşov və Elçin Mirzəbəyli cəbhə bölgəsinə səfər təəssüratlarından danışdı

Mətbuat Şurası və Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) birgə təşəbbüsü ilə Bakı Dövlət Universitetinin (BDU) bir qrup müəllim heyəti, o cümlədən tanınmış jurnalistlər və media təmsilçiləri, eyni zamanda ictimai xadimlərin cəbhə bölgəsinə səfəri olub.

Səfər iştirakçılarının “Yeni Müsavat”a verdikləri məlumata görə, onlar ilk olaraq Füzuli rayonunun Horadiz qəsəbəsində aprel hadisələri zamanı şəhid olanların xatirəsinə ucaldılan abidəni ziyarət ediblər. Daha sonra nümayəndə heyəti Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndini ziyarət edib, kənddəki sosial obyektlərlə tanış olublar.
Səfər təəssüratlarını “Yeni Müsavat”a danışan Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, səfər çərçivəsində Cocuq Mərcanlı sakinləri ilə görüşüb, yeni tikilən məktəbdə müəllim heyəti və şagirdlərlə təmas qurublar: “Səfərdə Bakı Dövlət Universitetin müəllimləri ilə yanaşı, ayrı-ayrı mətbu orqanlarda çalışan jurnalistlər, baş redaktorlar da iştirak edirdilər. Ümumilikdə, çox maraqlı görüş alındı. Məktəbdə uşaqların dərslərə diqqətinin, müəllimlərin necə həvəslə öz işlərinin öhdəsindən gəlmələrinin şahidi olduq. Eyni zamanda universitetin müəllimləri olan Cahangir Məmmədli, Nəsir Əhmədli müəllimlərin qarşısında vətənlə bağlı çıxışlar etdilər. Ümumiyyətlə, hesab edirəm ki, biz Cocuq Mərcanlını həmişə diqqətdə saxlamalıyıq. Bu, bizim üçün çox maraqlıdır. Ona görə ki, Cocuq Mərcanlı ilə bağlı bu məsələnin gündəmə gəlməsi demək olar ki, 4 günlük müharibənin bizə verdiyi çox böyük töhfədir. Çünki həmin müharibədən sonra Cocuq Mərcanlıda tam nəzarət Azərbaycan Silahlı Qüvvələrinin əlinə keçdi və həmin torpaqda məskunlaşma başladı. Cocuq Mərcanlıya getməklə 4 günlük müharibənin bizim həyatımızda oynadığı rolu bir daha yada saldıq. Həmin hadisələrə qədər müəyyən insanlarda tərəddüdlər ola bilərdi. Ancaq 4 günlük müharibə onu göstərdi ki, Azərbaycan xalqı işğal altında olan torpaqlarını düşmən tapdağı altında saxlamayacaq. Bu, bizim ordumuzu da ruhlandırdı və nəyə qadir olduğumuzu bir daha xatırladıq. Eyni zamanda 4 günlük müharibə qarşı tərəfə də Azərbaycan ordusunun nə gücə malik olmasını göstərdi. Bu müharibə eyni zamanda dünya ictimaiyyətinə də bir mesaj oldu ki, Azərbaycan torpaqlarının işğalı ilə barışmayacaq. Bütün bunların hamısını biz Cocuq Mərcanlıda olduğumuz zaman bir daha düşündük. Cocuq Mərcanlının əhəmiyyəti kifayət qədər böyükdür. Çünki burada olduğumuz zaman əmin oluruq ki, digər torpaqlarımız da işğaldan azad ediləcək. Bu bir mesajdır. Bu, böyük köçün bir başlanğıcıdır. Cocuq Mərcanlıya çəkilmiş yol boyu səliqə ilə tikilmiş evləri, orada yaşayan insanları görüb, uşaqların həyətdə oynamağının bir daha şahidi olursan. Beləliklə də anlayırsan ki, bura vətənin sonu deyil, elə vətənin bəlkə də mərkəzidir. Hələ çox-çox uzaqlarda bu sayaq boş qalmış yerlər var. Erməni tapdağından bərkimiş, cadar-cadar olmuş yerlər özünün əsl sahiblərini gözləyir. Əminəm ki, bu kimi təəssüratlar Cocuq Mərcanlıda olan hər bir insanın içərisindən keçir”.

Image result for Elçin Mirzəbəyli

Səfərdə iştirak edən “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli də “Yeni Müsavat”a öz təəssüratlarını bildirib: “Azərbaycanın işğal olunmuş ərazilərinin bir neçə yüz metrliyində olmaq tamamilə fərqli bir təəssürat yaradır. Müşahidə etdik ki, təkcə Cocuq Mərcanlıda deyil, eyni zamanda cəbhə bölgəsində olan digər ərazilərdə də kifayət qədər ciddi işlər görülür. Cocuq Mərcanlıda görüşlər keçirib, insanların yeni tikilən mənzillərində necə yaşadıqlarını və təsərrüfatla hansı cür məşğul olmalarını öyrəndik. İşlər genişmiqyaslıdır və davam etməkdədir. Bu, təbii ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin yenidən bərpa olunması baxımından təqdirəlayiqdir. Həm də düşmənə və onun havadarlarına bir mesaj kimi də qəbul olunmalıdır. Digər tərəfdən isə biz, təbii ki, təkcə Cocuq Mərcanlıda olmayıb, görüşlər də keçirdik. Hərbi hissələrdə Azərbaycanın əsgər və zabitlərinin kifayət qədər yüksək əhval-ruhiyyədə olduqlarını gördük. Orada aprel döyüşlərinin qəhrəmanları ilə də görüşüb, onların söhbətlərini dinlədik. Təbii ki, bu görüşlər çox böyük təəssürat yaratdı. Ən böyük təəssürat isə tamamilə dağıdılmış, yandırılmış, torpağı belə güllələnmiş Füzulinin Əbdürəhmanlı kəndində olduğumuz zaman baş verdi. Bunların unudulması mümkün deyil. Bir daha şahidi olduq ki, ermənilər təkcə Azərbaycan xalqına deyil, bütövlükdə məzar daşlarına, abidələrə, ümumilikdə bizimlə bağlı nə varsa hamısına qənim kəsiliblər. Təbii ki, bu, düşmənin nə qədər amansız olduğunu sübuta yetirir. Görüşdə onu da anladıq ki, Azərbaycanın cəbhə bölgəsində yaşayan əhalisi bir addım belə geri çəkilmək niyyətində deyil. Torpaqlarımızın işğaldan azad ediləcəyinə ümid bəslədiklərini açıq şəkildə gördük. Tam təəssüratlarımı yaxın zamanlarda yazı şəklində bölüşəcəm”.

Gunaz.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ