SON DƏQİQƏ

BURDAN MİN ATLI KEÇDİ

Tarix:

20-04-2022, 22:21

/ 1 752 dəfə oxundu.
BURDAN MİN ATLI KEÇDİ

Dünən C. Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı şair-dramaturq Hidayətin "Burdan min atlı keşdi” əsərinin primyerasını S. Vurğun adına Azərbaycan Dövlət Akademik Rud Dram Teatrının səhnəsində təqdim etdi. Teatrın 140-cı mövsümündə ərsəyə gəlmiş bu tamaşa Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmişdir.

Tamaşada tarixən Qərbi Azərbaycanda yaşamış soydaşlarımızın taleyindən, Qarabağ hadisələrinin yenicə başladığı dövrdə ermənilərin xalqımıza qarşı törətdiyi etnik təmizləmə siyasətindən, ölkə prezidentinin əzmi sayəsində həmin siyasəti iflasa uğradanZəfər qələbəsinə gedən yolun prioritetlərindən bəhs edilir. Əsrlərlə Qərbi Azərbaycanda bədxahlarımızın mənfur əməllərinə sinə gərən seçilmiş şəxsiyyətlərin gərgin mübarizəsi, o cümlədən ümummilli liderimizin yorulmaz fəaliyyəti işıqlandırılır.

Ulu Öndər Heydər Əliyevin bədii obrazının simasında o böyük şəxsiyyətin milli məfkurəsi, Vətən, torpaq və xalq sevgisi, dövlətçilik prinsipləri təcəssüm etdirilir.

Anşlaqla qarşılanan tamaşada teatrın yaradıcı kollektivinin hər biri oynadıqları obrazın yüksək peşəkarlıqla təqdimatına nail ola bildi. Respublikanın Əməkdar mədəniyyət işçisi İftixar Piriyev Heydər Əliyev obrazını ustalıqla canlandırdı. Aktyorun ifasında ümummilli liderin yerişi, duruşu, maneraları, səs tembri, səlis danışığı, mimikası, jestləri, danışarkən sözlərin tələffüzündə ən incə xırdalıqlar dəqiq və Heydər Əliyevə xas ştrixlərlə təqdim olunduğu üçün  dəfələrlə tamaşaçı alqışları ilə qarşılandı. 

Xatırladırıq ki, teatrın repertuarı zəngindir. Paralel olaraq bir neçə tamaşanın məşqləri gedir.  Yaxın günlərdə yeni-yeni əsərlərlə tamaşaçıların qarşısına çıxacaqdır.

 

BURDAN MİN ATLI KEÇDİ

 

 

 

Y. Zeynalov

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ