Azərbaycanın tanınmış bəstəkarı, əməkdar incəsənət xadimi Asya Sultanova vəfat edib.
O, 98 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, tanınmış bəstəkar Asya Baxış qızı Sultanova 1923-cü il oktyabrın 16-da Bakıda anadan olub.
A.Sultanova musiqiçi və aktyor Vladimir Şanskiy ilə ailəli olub.
1963-cü ildə dünya şöhrətli bəstəkar-müğənni Müslüm Maqomayevlə tanış olub və birlikdə bir çox bəstə yaradıblar. O, 1967-ci ildə Azərbaycanın əməkdar incəsənət xadimi adına layiq görülüb.