SON DƏQİQƏ

Müdafiə Nazirliyi rəsmi məlumat yaydı

Tarix:

25-08-2022, 19:38

/ 2 794 dəfə oxundu.
Müdafiə Nazirliyi rəsmi məlumat yaydı

Müdafiə Nazirliyinin hərbi hissələrinə gizirlərin həqiqi hərbi xidmətinə könüllü daxil olmaq arzusunda olan vətəndaşların qəbul prosesi davam edir.

Bu barədə nazirlikdən məlumat verilib.

Müddətli həqiqi hərbi xidmətini başa vurmuş, tam orta təhsilli, 28 yaşınadək vətəndaşlar cari ilin sentyabr ayının 10-dək müvafiq sənədlərlə birlikdə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində (AO TTM) fəaliyyət göstərən qəbul komissiyasına müraciət edə bilərlər.

Qəbul qaydaları barədə bu linkə keçid edərək ətraflı məlumat əldə edə bilərsiniz.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ