SON DƏQİQƏ

"Disney" bu filmi platformasından çıxartdı

Tarix:

19-08-2022, 08:14

/ 2 691 dəfə oxundu.
"Disney" bu filmi platformasından çıxartdı

"Disney” şirkəti Ceyms Kameronun elmi-fantastik filmi "Avatar”ı xüsusi elan etmədən öz videoyayım platformasının kataloqundan çıxarıb.

Bu qərarın səbəbi açıqlanmayıb.

"Disney+” platforması "20th Century Studios” kino şirkətinin film layihələrini müntəzəm olaraq öz kataloqundan çıxarır. Bu filmin nümayişi bütün dünyada dayandırılıb.

 

"Avatar" filminin təkmilləşdirilmiş yeni formada "Disney+” videoyayım platformasına yenidən qayıdacağı ehtimal olunur. Lakin güman edilir ki, bu məsələ "Avatar-2: Suyun Yolu” filminin premyerasına qədər həll olunmayacaq.

Tamaşaçılar "Avatar” filmini sentyabrın 23-dən etibarən yalnız kinoteatrlarda izləyə biləcəklər. "Avatar-2: Suyun Yolu” ekran əsərinin premyerası isə dekabrda olacaq.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ