SON DƏQİQƏ

Doğrudanmı "5-ci kolon" MR-də fəallaşır?

Tarix:

3-08-2022, 23:14

/ 4 859 dəfə oxundu.
Doğrudanmı "5-ci kolon" MR-də fəallaşır?

Ədib İsaoğlu
    Bəzi məmurların yarıtmaz və ya bilərəkdən xalqla hakimiyyətin arasında narazıçılıq yaratması bunu deməyə əsas verir.
    Dəfələrlə qeyd etmişik ki, Naxçıvanda xalqla hakimiyyəti bir-birinə bağlayan amillərdən biri və birincisi şikayət və ərizələrin yerindəcə yoxlanıb baxılması olub. Əhali isə şikayətinin yerindəcə həll olunmasından məmnun qalıb. Qabaqlar deyək ki, kimsə hansısa idarə, təşkilat, və yaxud elə icra aparatlarının özündə şikayətinə baxılmırdısa, vətəndaşın haqlı olaraq, "nə olar mən gedərəm Ali məclisə" deyəndə tez həmin adamın könlünü alıb şikayətini yerindəcə həll edirdilər.  Mənə elə gəlir ki, indilərdə isə, əhalinin problemlərini ya həll edə bilmirlər ya da bilərəkdən etmək istəmirlər. Belə halları da, qeyri-ixtiyari bağlayırsan təxribatlara. Mən düşünə bilmirəm ki, Naxçıvan əhli hansısa bədnam qonşuların diktəsi və təxribatıyla iğtişaş sala, amma cənab məmurlar siz yenədə əhalinin problemlərini qulaqardı etməyin yoxsa adınız çıxar doqquza, (5-ci kolon) sonra yenməz səkkizə.
    Bədnam qonşu deyəndə adamın ağlına ilk gələn ermənilər olur. Amma mən belə düşünmürəm. Erməni kimdir ki, hələ birdə ona bədnam deyək. Ermənini bu regiona gətirib bizim başımıza bəla edən əsl bədnam qonşular urus və fars şovinistləridir. Ona görə də, sözüm bizim bəzi vətənə xəyanət edə biləcək vətəndaşlarımızadır. Bəzi vətəndaşlarımız  sovet eşqi ilə və yaxud elə beləcə kor-koranə (Nataşa eşqiylə) urusun dəyirmanına su tökür, bəzi cahillərimiz də, din pərdəsi altında təpilib fars iran, molla rejiminə xidmət edir. Amma bu 5-ci kolon məsələsində iki düşmən qonşularımız birləşib. Rus irana xammal (kadr) göndərir, fars xüsusi xidmət orqanlarıda onları emal edib göndərirlər Azərbaycana. Heç fərqinə varıbsınızmı son vaxtlar qara paltarlı (qara qarğa kimi) qadınlar, keçi saqqalı kişilər həddən artıq çoxalıb? Bax əsl təhlükə budur. Din pərdəsi altında təxribat. Çox təssüf ki, son vaxtlar belə qarğalar çox fəallaşıb təcili tədbirlər görmək lazımdır sonra çox gec olar.
    Sizdən artıq dərəcədə xahiş edirəm cənab məmurlar, belə həssas məqamlarda diqqətli olun. Heç vaxt xalqı heç saymayın yoxsa bədəlini xalqla, dövlətlə bərabər sizdə ödüyərsiniz, həmdə çox ağır.
 
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ