SON DƏQİQƏ

İlham Əliyev sərəncam imzaladı

Tarix:

2-08-2022, 16:22

/ 1 374 dəfə oxundu.
İlham Əliyev sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin "2010-cu il sentyabrın 23-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Bolqarıstan Respublikasının Özəlləşdirmə və Özəlləşdirmədənsonra Nəzarət Agentliyi arasında əməkdaşlıq haqqında Memorandum”un təsdiq edilməsi barədə” 2010-cu il 27 dekabr tarixli 1255 nömrəli və "2010-cu il oktyabrın 12-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Koreya Respublikasının Strategiya və Maliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə” 2010-cu il 27 dekabr tarixli 1257 nömrəli sərəncamlarında dəyişiklik edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

1. "2010-cu il sentyabrın 23-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Bolqarıstan Respublikasının Özəlləşdirmə və Özəlləşdirmədənsonra Nəzarət Agentliyi arasında əməkdaşlıq haqqında Memorandum”un təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 27 dekabr tarixli 1255 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 12, maddə 1094) 2-ci hissəsində "Əmlak Məsələləri Dövlət Komitəsinə” sözləri "İqtisadiyyat Nazirliyinə” sözləri ilə əvəz edilsin.

2. "2010-cu il oktyabrın 12-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Koreya Respublikasının Strategiya və Maliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 27 dekabr tarixli 1257 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 12, maddə 1096) 2-ci hissəsində "Əmlak Məsələləri Dövlət Komitəsinə” sözləri "İqtisadiyyat Nazirliyinə” sözləri ilə əvəz edilsin.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ